Siqaret çəkirsinizsə, 6 ayda bir dəfə bunu etməlisiniz!
Mьəllif: admin1
Tarix: 19-05-2021, 10:54
Bцlmə: Xəbərlər
Siqaret çəkirsinizsə, 6 ayda bir dəfə bunu etməlisiniz!
Mütəxəssislər dünyada ən çox ölümlə nəticələnən xəstəliklərin başında dayanan ağciyər xərçəngi ilə bağlı mühüm bəyanatlar veriblər.

Deyerler.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sinə xəstəlikləri mütəxəssisi doktor Arzu İzmir, ağciyər xərçənginin 95-96% səbəbinin siqaret, qalan 4-5% hissəsinin isə AXOX (Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi), ləkəli ağciyər və vərəm kimi xəstəliklər təşkil etdiyini bildirib.

Ağciyər xərçənginin kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlindiyini deyən doktor Arzu İzmir, xərçənglə mübarizədə ən mühüm məsələnin vaxtında qoyulan diaqnoz olduğunu vurğulayıb.

O, bel ağrısı, sinə ağrısı, keçmək bilməyən inadçı öskürək və qanlı bəlğəm kimi əlamətlərin ağciyər xərçəng xəstəliyindən xəbər verə biləcəyini qeyd edib.

Xəstəliyin, xüsusilə 50-70 yaş arsındakı insanlarda rast gəlindiyini deyib: "Bu yaş qrupundakı insanların ildə bir dəfə ağciyər radioqrafiyasını çəkməsi böyük əhəmiyyət kəsb edir.

İntensiv siqaret istifadə edənlərin isə 6 ayda bir radioqrafiya çəkməsində fayda var. Sadəcə siqareti tərk etmək riskdən xilas olmağa kifayət etmir.

Əlbəttə siqareti tərk etmək fayda versə də, əzəldən siqaret çəkən olmaq, xərçənq xəstəliyinə tutulmaq baxımından da mühüm amil sayılır".
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930