Kərbəla və Nəcəfdə zəvvarlar üçün mərkəzləşdirilmiş aşpazxanalar tikilir
Kərbəla və digər müqəddəs ziyarətgahlarda zəvvarların qalması və yeməyi üçün lazimi şərait yaradılır.
Maide.Az xəbər verir ki, İranın həcc və ziyarət təşkilatının idarə rəsisi Möhsin Nəzafəti deyib ki, hazırda Kərbəlada zəvvarların qida durumunun yaxşılaşdırılması məqsədi ilə mərkəzləşdirilmiş aşpazxana tikilir. M.Nəzarəti deyib ki, altı ay öncədə Nəcəf şəhərində mərkəzləşdirilmiş aşpazxananın təməlqoyma mərasimi olub və hazırda işlər aparılır. Ümid edirəm bu aşpazxanaların istifadəyə verilməsi isə zəvvarların yemək və qida ilə təmini şəraiti daha da yaxşılaşacaq. M.Nəzarəti deyib ki, həmçinin xeyriyyəçi insanların və özəl şirkətlərin yardımı ilə Kərbəla, Nəcəf və Kazimeyndə zəvvarların yerləşdirilməsi üçün yeni hotel və mehmanxanalar tikilir. Onun sözlərinə görə, tibbi xidmətlərlə bağlı da İranın Qırmızı Aypara Cəmiyyəti Kərbəlada və digər müqəddəs ziyarətgahlar olan şəhərlərdə xidmətini genişləndirib. Qeyd edək ki, İran və İraq rəsmiləri müqəddəs məkanlarda zəvvarların rahatlığını, təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün birgə məsləhətləşmələr və iş aparırlar. Oxşar xəbərlər
|