Ayətullah Xamenei: Ən böyük cihad düşmənlə heç bir sahədə razılaşmamaqdır
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei İmam Hüseyn (ə) adına hərbi universitetinin məzunları ilə görüşüb.
Maide.Az xəbər verir ki, İran – İraq müharibəsi zamanı may ayının 23-də Xorrəmşəhr şəhərinin Səddam rejiminin işğalından azad olunduğu gün münasibəti ilə, İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan bu hərbi Universitetin məzunları ilə görüşən Ayətullah Xamenei gənclərə bildirib ki, gələcək sizin üçündür. Bu ölkənin tarixini fəxrlə siz qoyruyacaqsınız. Ayətullah Xamenei bildirib ki, yeni Xorrəmşəhrlər qarşıdadır, hərbi savaş meydanında deyil, savaş meydanından daha da zor meydanda yeni Xorrəmşəhrlər olacaq. “Bu savaş digər müharibələrdə olduğu kimi dağıdıcı deyil, bəlkə qurucu bir savaşdır,lakin bilməlisiniz ki, bu savaş daha çətindir”. Ayətullah Xaemeni bildirib ki, bu gün İslam İnqilabı sistemi üçün müharibə ehtimalı azdır lakin cihad hələdə davam edir və bu Qurani Kərimin böyük cihad adlandırdığı cihaddır. "Böyük Cihad müharibə etdiyimiz düşmənlə heç bir sahədə razılaşmamaq və ona itaət etməmək anlamındadır. İqtisadi, siyasi, mədəni, sənaye və bütün sahələrdə düşmənə qarşı itaətsizlik etməkdir. Bu itaətsizlik o qədər önəmldir ki, Allah Taala Peyğəmbəri bu məsələdə tez-tez xəbərdar edir”. Ayətullah Xamenei bildirib ki, bu gün insanlara maarifləndirmə lazımdır. “Beyinləri həqiqətlərin və məsələlərin dərinliyini düşündürmək üçün çalışın. Maarifləndirməyi özünüzə özəl bir vəzifə olaraq bilin.” Oxşar xəbərlər
|