Çinlilərin sağlamlıq sirri
Mьəllif: admin1
Tarix: 24-05-2016, 09:58
Çinlilərin sağlamlıq sirri
Çin xalq təbabətində müxtəlif ədviyyatlar əlavə edilmiş südün xüsusi yeri var. Xüsusilə də, sarıköklü süd sağlamlıq üçün çox faydalı hesab edilir.

Publika.az sarıköklü südün faydalarını və hazırlanma qaydasını təqdim edir:

Nəyə faydalıdır?

Sarıköklü süd yuxuya getməyi asanlaşdırır, soyuqlamaya, boğaz ağrısına, həzm problemlərinə və menstruasiya ağrılarına yaxşı təsir edir.

Güclü antioksidant effekti verən sarıkök və vitaminlərlə, minerallarla zəngin süd sayəsində sağlamlığınızın qayğısına qala bilərsiniz.

Necə hazırlanır?

Qazanın içinə 1 stəkan süd töküb ocağın üzərinə qoyun. Daha sonra yarım çay qaşığı sarıkök, bir çay qaşığının dörddə biri qədər qara istiot, 1 ədəd çubuq darçın və yarım çay qaşığı kokos yağı əlavə edin. Bir neçə hil toxumunu əzin və bunu da qarışığa əlavə edin.

Hamısını yaxşıca qarışdırıb bir neçə dəqiqə bişirin. Daha sonra süzgəc vasitəsilə süzün. Dad qatmaq üçün bal əlavə edib, yatmazdan yarım saat əvvəl için.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930