Ayətullah Sistandən Fəllucədə döyüşənlərə mesaj
İslamazeri.az-ın "RastHaber"ə istinadən verdiyi xəbərə görə, Ayətullah Sistaninin İraqın Fəllucə əməliyyatlarına davam edən Könüllü Xalq Güclərinə mesaj göndərdiyi və mesajında mərcəiyyətə bağlılığın zəruri olduğuna işarə edərək nəsihət etdiyi bildirilib.
Ayətullah Sistaninin təmsilçisi olan Şeyx Mehdi Kərbəlayi Könüllü Xalq Güclərinə göndərilən mesajla bağlı "Ayətullah Sistani ilk növbədə üləmanın mövqeyinə işarə edərək, mərcəiyyətə bağlılığın önəminə işarə etmiş və cihadın ictimai əxlaqı və məlum qaydaları olduğunu qeyd edərək, bu qaydaların müsəlman olmayanları da əhatə etdiyini bildirib", - deyə qeyd edib. "Əsgərlərimiz İmam Əlinin öz düşmənlərilə müharibə etdiyi kimi döyüşməlidir. Ayətullah Sistani xüsusilə bu məsələnin mühümlüyünü qeyd etmişdir.", - deyə Mehdi Kərbəlayi əlavə edib. Ayətullah Sistaninin təmsilçisi olan Şeyx Mehdi Kərbəlayi daha sonra deyib: "Ayətullah Sistani Əhlibeyt yolunun önəminə işarə edərək Peyğəmbərin "Mənim Əhlibeytimə yaxşı baxın və onların yolunu təqib edin. Əgər onlar gedirlərsə, siz də gedin. Əgər dayandılarsa, siz də dayanın. Əsla, onlardan arxada qalmayın və onların önünə keçməyin" hədisinə işarə etmişdir." Qeyd edək ki, bu həftənin birinci günündən etibarən İraq ordusu və xalq könüllüləri Fəllucənin İŞİD-dən azad edilməsi üçün anti-terror əməliyyatlarına start veriblər. Oxşar xəbərlər
|