Hicab Qərbin baxışında
Mьəllif: admin1
Tarix: 27-04-2014, 19:53
Bцlmə: Xəbərlər
Hicab Qərbin baxışında

Qadın məsələsində siz müdafiə mövqeyində durmamalı, hücuma keçməlisiniz
Qərbdə qadının təhqir olunması
Qadın məsələsində siz müdafiə mövqeyində durmamalı, hücuma keçməlisiniz. Onlar bizə etiraz edirlər ki, nə üçün qadınlarınız hicablıdır? Nə üçün hicab məcburidir? Əvvəla, onların özləri də hicabsızlığı məcburi etmişlər. Bu bir məsələ. Lakin onların qadın problemi olduqca böyükdür. Qərb mədəniyyətində, Qərb dünyasında qadın pozğunluğa çəkilmiş, təhqir olunmuşdur. Diplomatik müzakirələr zamanı qadın və kişinin bir-birinin yanında, çiyin-çiyinə oturması qərblilərin qadına vurduqları zərbələri düzəldə bilməz. Onlar qadından ləzzət və ehtiras aləti kimi istifadə edirlər. Onlar düşünürlər ki, bəzənməyən qadının dəyəri yoxdur; qadın bəzənib-düzənməlidir ki, kişilər onu bəyənsinlər. Bu, qadına qarşı ən böyük təhqirdir. Sizin sözünüz var və bu məsələlərdə iddialısınız.

Hicabı qadağan etməklə Qərb demokratiyasının yalanının üzə çıxması
İnqilab şüarlarının göründüyü 1978-ci ilin birinci yarısında Amerikanın ozamankı prezidenti olan Karter İrana gəldi və bir iclasda onun üçün hazırlanan çıxışı oxumayıb bədahətən başdan-ayağa Məhəmmədrzanı tərifləyən bir nitq söyləməyə başladı. Həmin işi bu gün də dünyanın çoxlu yerlərində görürlər, əvvəllər də görmüşlər, bundan sonra da görəcəklər. Məsələ burasındadır ki, onlar eyni zamanda demokratiya iddiası edirlər və dünya bu iddialara inanır. Biz öz cəmiyyətimizə baxdıqda bəzi təsirli və savadlı insanların, ziyalılıq iddiasında olanların demokratiyadan və xalqın səsinə hörmətdən söz düşdükdə tez Amerikanı xatırladıqlarını görürük. Onlar yalan deyirlər, demokratiyaya, azadlığa və xalqın səsinə əsla hörmət etmirlər. Bunun nümunəsi bəzi Avropa ölkələrinin məktəblərində hicabın qadağan olunmasıdır. Onlar qız şagirdlərin başörtüyü ilə sinfə gedib dərs oxumasına icazə vermirlər. Deməli, bu gün hegemonluğun əsas taktikası dünyanı və bəşəriyyəti aldatmaqdan ibarətdir.

Qadın hüquqlarına görə Qərbə qarşı tələbkar olmaq

Dəfələrlə dediyim kimi, qadın məsələsində bizim iddialarımız, dünyadan tələblərimiz var. Birləşmiş Millətlər Təşkilatına bağlı olan və olmayan müəssisələrin, yaxud filan jurnalist təşkilatının gəlib insan hüquqları adı altında hicab məsələsini və bu qəbildən olan digər məsələləri sual altına salması, tələbkarlıq etməsi məsələnin həqiqətini dəyişdirmir. Biz bu məsələdə dünyaya qarşı tələbkarıq. Dünya dedikdə Qərb dünyasını nəzərdə tuturam. Biz Qərb dünyasına müraciət edib deyirik: Siz ümumi şəkildə bütün bəşəriyyətə və xüsusi olaraq qadına xəyanət etmisiniz. Siz qadın və kişini cinsi məsələlərə çəkməklə, cəmiyyətdə qanunsuz və nizam-intizamsız cinsi ifratçılıqları genişləndirməklə və qadını cazibədar şəkildə səhnəyə çıxarmaqla ona xəyanət etmisiniz. Məlumdur ki, qadın bəşər xilqətinin gözəl hissəsidir. Bu gözəl hissə təbii formada bir qədər pərdəli olmalıdır. Bu, insan varlığının gözəl və zərif hissəsinin xislətidir. Bu pərdəni götürmək, nizam-intizam, qanun tələb edən bir şeyi, həm qadında, həm də kişidə olan cinsi instinkti nizamsız buraxmaq birinci növbədə qadına, ikinci növbədə isə qadın və kişilərdən ibarət olan bütün bəşəriyyətə ən böyük xəyanətdir. Qərb bu işi görmüşdür və təbii ki, ilk və ən böyük zərər də özlərinə toxunmuşdur.
İndi həmcinsbazlıq məsələsi Qərb dünyasında bir problemə çevrilmişdir. Düzdür, üz vurmurlar, amma həqiqət budur ki, bu gün onların mütəfəkkirləri üçün böyük və çarəsiz dərdlərdən biri budur və çıxış yolu tapa bilmirlər. Cinsi məsələlərə, qadın və kişi münasibətlərinə dair belə işlərin, bayağı və çılpaq ədəbiyyatdan istifadənin, qadın cinsini - bəşərin gözəl, zərif və örtülü hissəsini iş, peşə və reklamdan ötrü meydana çəkməyin, onun təbəssümündən, gözəlliyindən, bədənindən və çöhrəsindən filan dəyərsiz və əskik məhsulu reklam edib pul qazanmaq üçün istifadə etməyin təbii sonucu belə də olmalıdır. Qərb dünyası, Qərbin siyasəti bunu etmişdir. Bu, dinlərə məxsus deyil, məsihilik və yəhudiliyə aidiyyəti yoxdur, təxminən 150 il öncədən dünyada başladılan yeni siyasətin nəticəsidir.

Hicabı ləğv etməyin iffəti məhv etməyə müqəddimə olması
Qərb qadınının fəsad bataqlığına girməsi ailə institutunun məhvinə gətirib çıxardı. Hicabı ləğv etməklə qadın elmdə, siyasətdə, yaxud ictimai fəaliyyətlərdə inkişaf etmədi. Bunların hamısı hicab və iffətlə də mümkün idi. Biz İslam quruluşunda bunu sınaqdan çıxardıq. Hicabı ləğv etmək iffəti məhv etməyə, İslam cəmiyyətində həyanı sıradan çıxarmağa müqəddimə idi və insanları çox güclü cinsi amillə məşğul etməkdən ötrü həyata keçirildi. Məqsəd onları bütün işlərdən saxlamaq idi. Bir müddət buna nail oldular, amma İran xalqının güclü imanı qoymadı. Bizim müsəlman qadınlarımız yaradılan əngəllərə rəğmən, həmişə bu təzyiqin qarşısında müqavimət göstərdilər; Rza xan gedəndən sonra bir cür, onun dövründə bir cür, tağut rejiminin digər dövrlərində də bir cür. Buna görə 1978-ci ilin yanvar ayının yeddisində Məşhəddə müsəlman qadınların hicabı müdafiə üçün keçirdikləri böyük mitinq baş tutdu. Biz o zaman sürgündə idik. Məlumat aldıq ki, mömin, müsəlman və şücaətli qadınlar belə bir hərəkət etmişlər. Bu, tağut rejiminin faciələrinin bir hissəsidir. Dini amalları, əxlaqi dəyərləri, iqtisadi inkişafı və beynəlxalq iqtidarı məhv etmək, bir xalqın sərvətlərini havaya sovurmaq həmin tağut və bədnam rejimin işlərindən idi.

Hicab məsələsində Qərbin hiyləgərliyi
Siz bilirsiniz ki, bir vaxt bizim ölkəmizdə hicab qadağan edildi, amma dünyada heç kim buna etiraz etmədi. Bizim qonşu ölkəmiz olan Türkiyədə hicabı qadağan etdilər və son zamanlara qədər bu ölkənin bəzi iqtidarları eyni ənənəni davam etdirdilər. Onun nümunələri son illərdə də göründü, amma dünyada heç kim buna qarşı etirazını bildirmədi və bildirmir.
Özünü inkişaf etmiş bilən, insan haqları məsələsinin onlar üçün əhəmiyyət kəsb etdiyini iddia və reklam edən Avropa ölkələrində - yəni Fransa və İngiltərədə bir neçə müsəlman qadının İslam hicabı ilə get-gəl etmələrinə və məktəblərə girmələrinə icazə vermədilər. Belə yerdə qadağa qoymağı və maneə yaratmağı icazəli bilirlər, bunda bir eyib görmürlər. Lakin cəmiyyət arasında hicabı vacib bildiyi üçün hər yerdə İslam Respublikasına qarşı etiraz sərgiləyirlər. Əgər qadınların hər hansı bir geyim formasına müdaxilə etmək düzgün deyilsə, onların müdaxiləsi hicabı vacib etməkdən daha artıqdır. Çünki bu, təhlükəsizliyə daha yaxındır. Ən azı budur ki, bunlara eyni formada yanaşmaq lazımdır. Lakin Qərb belə etmir

həzrət Ayətullah Xamenei
vilayet.nur-az.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031