Məkkə nadir astronomik hadisənin şahidi olub
Mьəllif: admin1
Tarix: 28-05-2016, 10:55
Bцlmə: Xəbərlər
Məkkə nadir astronomik hadisənin şahidi olub
Dünən (cümə günü) 27 may tarixində Məkkə nadir astronomok hadisəyə şahidlik edib.

Maide.Az-ın məlumatına görə, nə zaman günəş şaquli vəziyyətdə Kəbə evinin üzərinə düşürsə, onda günəş müqəddəs evin düz üzərində dayanır. Bu an kölgələr bir müddət yoxa çıxır.

Baş vermiş hadisə zamanı insanlar günəşə istiqamətlənərək, namazın dəqiq səmtini (qibləni) müəyyən edə bilirlər,- deyə Əl-Ərəbiyyə xəbər verir.

Kral Əbdül Əziz Mülhim bin Mühəmməd Hindi adına olan Astronomiya və Kosmos Elmləri Universtetinin üzvləri bildirirlər ki, günəşin düz kəbənin üzərinə düşməsi kimi nadir hadisə ildə iki dəfə baş verir. Bu il baş verən hadisə cümə günü ilə bahəm, cümə namazına da təsadüf edib.

"Bu kosmik hadisə insanlara günəşə baxmaqla yanaşı, kəbə evinin harada olmasını da çox asanlıqla müəyyən etməyə imkan verir.",-deyərək universitet işçiləri vurğulayıblar.

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031