İndoneziyada xəvariclərin anti-şiə ittifaqı "cihad" elan etdi
Mьəllif: admin1
Tarix: 28-04-2014, 14:04
Bцlmə: Xəbərlər
İndoneziyada xəvariclərin anti-şiə ittifaqı "cihad" elan etdi

İndoneziyada iqtidarın dəstəklədiyi və 100-dən çox xəvaric-təkfirçi din "alimi"nin iştirak etdiyi yeni məzhəbçi ittifaq qurulub və şiəliyə qarşı "cihad" elan edilib.
İslamazeri.az-ın "Rasthaber"-ə istinadən verdiyi xəbərə görə, İndoneziyada iqtidarın dəstəklədiyi və 100-dən çox xəvaric-təkfirçi din "alimi"nin iştirak etdiyi yeni məzhəbçi ittifaq qurulub və şiəliyə qarşı "cihad" elan edilib.

Paytaxt Cakartada təşkil edilən şiə əleydarı ittifaqın toplantısına hökumət rəsmilərinin qatılması da diqqət çəkib. Toplantıda şəlik əleyhinə qərarlar alınıb. Toplantı zamanı şiə olan jurnalist zorakılıqla üzləşib və onu həbs ediblər.

İttifaqın təşkilatçılarından Zein əl-Qaf, şiəliyi islamdan xaric məzhəb adlandırıb və hər kəsi şiələrə qarşı "cihad"a səsləyib.

Toplantının sonunda bəyanat qəbul edilib və şiələrlə kəskin mübarizə aparılacağı vurğulanıb. Hətta şiələrə aid vəqf və qurumların bağlanacağı, lisenziyaların ləğv ediləcəyi bildirilib.

Qeyd edək ki, bu din alimlərinin əksəriyyəti İsrailə qarşı cihadın olmadığıyla bağlı açıqlama yaymışdılar.
İndoneziyada xəvariclərin anti-şiə ittifaqı "cihad" elan etdi
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031