Vəhhabi şeyxindən şok fətva: "Arvadı zorlanan kişi..."
Mьəllif: admin1
Tarix: 28-04-2014, 14:11
Bцlmə: Xəbərlər
Vəhhabi şeyxindən şok fətva: "Arvadı zorlanan kişi..."

Bu fətva Misirin sünni icması tərəfindən tənqid atəşinə tutulub
İslamazeri.az-ın “Əl Ərəbiyyə”yə istinadən verdiyi xəbərə görə, Misirin sələfi “Nur” partiyasının şeyxlərindən olan Yasir Burhami “anasalafy.com” adlı saytında maraqlı bir fətva yayımlayıb.

O bildirib ki, bir kişinin həyat yoldaşını zorlayarlarsa və ərinin bu işə müdaxiləsilə həyatı təhlükəyə düşərsə, ər təcavüz edən şəxsə müdaxilə etməməsi dinə görə caizdir (icazəlidir): “Arvadı zorlanan kişi, pul üçün soyğuna qalan şəxs kimidir və bu halda qadını müdafiə etmək və ya qarşısındakı şəxsi zərərsizləşdirmək məcburiyyətində deyil”.

Bu fətva Misirin sünni icması tərəfindən tənqid atəşinə tutulub.

“Əl Əzhər”in keçmiş alimlərindən olan Şeyx Əli Əbu Həsən Burhaminin bu fətvasını “İslama zidd” adlandıraraq, hər bir qadının qorunmasının əri və yaxın qohumlarının üzərində olduğunu bildirib.

Məhəmməd Əl Cundi adlı sünni alim də, Burhamini tənqid edərək “bu şəxsin fətvasının dəlili yoxdur” deyib. Ancaq Burhamini müdafiə edənlər də tapılıb.

Vəhhabilərin digər öndə gələn şeyxlərindən olan Şeyx Əli Xatəm deyib: "Ər əgər əmin olsaki, həyat yoldaşını müdafiə edə biləcək onda etməlidir, lakin müdafiə edərkən öldürülmə təhlükəsi varsa nə etməlidir? Öldürülsünmü? Belə olan təqdirdə, kişiyə icazə verilir ki, öz qeyrətini qorumaq və ya öz canından keçməmək üçün seçimini etsin".

Xatırladaq ki, Türkiyədə bəzi vəhhabi portalları da bu fətvanı tənqid edərək yayımlayıblar.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930