Meyvə-tərəvəz Ramazan ayında ən çox qəbul edilən qida olmalıdır” - Həkim məsləhəti
![]() Həkim mütəxəssis Əfsun Orucova Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, əsasən kənd təsərrüfatı məhsullarına üstünlük vermək lazımdır: “İnsanlar Ramazan ayında gümrah qalmaları üçün mütləq bol şəkildə meyvə-tərəvəz qəbul etməlidirlər. Göyərtilər mütləq iftarda süfrədə olmalıdır. Göyərtinin tərkibində olan minerallar, vitaminlər bir çox məhsulda yoxdur. Eyni zamanda təzə xiyar, kələm, bibər, pomidor və bu kimi məhsullar süfrədə olmalıdır. Yeməklərə gəldikdə isə əsasən ət yeməkləri qəbul etməlidirlər. Ət yeməkləri də bol şəkildə qəbul edilməməlidir. Eyni zamanda qızardılmış ət yeməklərindən də uzaq olmaq lazımdır”. Oxşar xəbərlər
|