Həkim: “Orucluq zamanı zəifliyin ilk səbəbi obaşdan vaxtı çox qida qəbul etməkdir”
Artıq Ramazan ayının ilk yarısı geridə qalıb. Bəzi insanlar bu ayda heç bir əziyyət çəkmədiklərini qeyd edirlər. Amma bəzi insanlar elə ilk saatlarda aclıq zəiflik hiss etdiklərini bildirirlər. Bu zəiflik də gün boyunca onları müşayət edir. Orucluq bu dəfə də yay aylarına təsadüf etdiyi üçün nisbətə daha artıq susuzluğa səbəb olur. Amma gününü düzgün nizamlayan insanlar bu məsələlərin öhdəsindən normal şəkildə gəlməyi bacarırlar.
Qastroenteroloq, hepatoloq (invaziv hepatoloq) Arzu Yusifova Deyerler.org-a mövzu ilə bağlı fikirlərini bölüşərkən qeyd etdi ki, iftar və obaşdan vaxtı insan çox yeməkdən pəhriz etməldir: “Orucluq zamanı insanlar obaşdan vaxtı daha çox yedikləri üçün özlərində zəiflik hiss edirlər. Obaşdan vaxtı birdən-birə çox yemək insulinin qəfildən yuxarı çıxmasına səbəb olur. İnsulin qanda tez düşdüyündən oruc tutan insanlar özlərində zəiflik, aclıq hiss edərlər. Eyni zamanda iftar vaxtı ac qalmış mədəyə birdən-birə yüksək kalorili və miqdarı az olan qida ilə doldurduqda mədə, mədəaltı vəzi ciddi əziyyət çəkir. Bu baxımdan yaxşı olar iftarı isti çorba ilə açaq, ortada 15-20 dəqiqə fasilə verdikdən sonra ikinci yeməyə keçilsin. İftar Obaşdan arasında bol miqdarda su qəbul etmək lazımdır. İmsak da çox yüngül qidalardan istifadə etmək lazımdır. Bəzilərinin düşüncəsindən fərqli olaraq səhərlər çox yeməklə aclığınqarşısnı almaq olmaz. Obaşdana çoxlu miqdarda şirniyyat, un məmulatları yedikdə daha tez acarıq. Obaşdana yumurta az yağlı pendir, az miqdar çörək, quru meyvələrlə kifayətlənmək çox yaxşı olar. Onu da qeyd etmək lazımdır ki, iftar zamanı qazlı içkilərdən tamami ilə imtina etmək lazımdır. Su, ayran, sulu meyvələr iftar vaxtı daha çox qəbul edilməldir. Mövsümünə uyğun olan tərəvəz məhsullarından da geniş istifadə edilməldir. Qazlı içkilər mədə divarının gərilməsinə səbəb olur. Bu da insanın əlavə yemək qəbul etməsinə səbəb olur. /Deyerler.org/ Oxşar xəbərlər
|