Qaraciyərin əsas düşmənləri. Siz də onları tanıyın!
Mьəllif: admin1
Tarix: 23-06-2016, 23:58
Qaraciyərin əsas düşmənləri. Siz də onları tanıyın!
Qaraciyər orqanizmin ən davamlı orqanlarından biridir. Qaraciyər güclü özünü bərpa etmək xüsusiyyətlərinə malikdir.
Lakin bəzi ziyanlı təsirlərin nəticəsində qaraciyərdə ciddi pozulmalar inkişaf edə bilər ki, bu pozulmalar daha sonra qaraciyər xəstəliklərinə gətirib çıxarda bilər.
Qaraciyərin əsas "düşmənləri" arasında bunlardır:
1. Spirtli içkilər və siqaret.
Orqanizmə xarici mühitdən düşən ziyanlı maddələr (zəhərlər, toksinlər və s.) əsasən qaraciyərdə zərərsizləşdirilir. Spirtli içkilərdə olan etanol və siqaretlərdə olan nikotin, müxtəlif qatranlar və s. çox güclü zəhərlərdir.
Bu maddələr orqanizmə nə qədər çox miqdarda düşərsə, qaraciyərə olan gərginlik də o qədər artmış olur. Bu isə qaraciyərdə pozulmaların inkişafına gətirib çıxardır.
2. Sağlam olmayan qidalar (hisə verilmiş, qızardılmış, çox yağlı qidalar, yağlı ət, marqarin və marqarinin əsasında hazırlanmış peçenye, vafli və s. şirniyyatlar, fast-fud qidaları, kolbasa-sosis, şirin qazlı içkilər və s.).
Bu qidaların həddindən artıq miqdarda qəbulu qaraciyəri yükləyir, qaraciyərin hüceyrələrinə mənfi təsir edir, onların dağılmasına səbəb olur.
3. Dərmanlar.
Dərmanlar qaraciyərdə zərərsizləşdirilir. Bu səbəbdən insan nə qədər çox dərman içərsə, qaraciyərdə pozulmaların inkişafı riski də bir o qədər də artmış olur. Söhbət tək kimyəvi dərman prepartalarında getmir. Ot dəmləmələri, otların əsasında hazırlanmış həblər də qaraciyər üçün təhlükəli sayılır. Xüsusilə də qaraciyərdə artıq müəyyən pozulmalar varsa.
Bu səbəbdən özünüz özünüzə dərmanları "təyin etməyin", ağrıkəsici, hərarətsalan dərmanlardan, müxtəlif otlardan süi-istifadə etməyin.
Dərmanları yalnız həkim təyin etməlidir.
3. Hərəkətsizlik
Azhərəkətli həyat tərzi bir çox orqan və sistemlərə ziyan vurur. Azhərəkətli insanlarda qan dövranı ləngiyir, orqanizmdə durğunluq prosesləri inkişafı edir. Nəticədə qaraciyərdə də pozulmaların inkişafı riski artır.
4. Mənfi emosiyalar
Hirs, qəzəb və s. kimi mənfi emosiyalar qaraciyərin sağlamlığına çox mənfi təsir edir, qaraciyəri zəiflədir.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930