İftarı soyuq su ilə açmayın, quru yeməyin. İlıq su, xurma, isti xörək, meyvələr – mədənin dostlarıdır
Bir çox oruc tutanların yanlış bir adətləri vardır ki, oruclarını soyuq və hətta buzlu su ilə açırlar. Bəziləri isə quru yeməyin ardınca düşürlər. Mütəxəssislər deyir ki, insanlar arasında yayılmış bu yanlış adət Ramazan ayında onlar üçün çətinliklər yaradır. Belə insan ancaq mədəsini doldurar, həzm sistemində də problemlər yaradar.
Mütəxəssis məsləhətinə görə insan iftarını ilıq su ilə, xurma və ya firni ilə açmalıdır. Soyuq və buzlu suyun üstündən qırmızı xətt çəkməlidir. O insanlar ki, iftarlarında meyvə, tərəvəz, isti xörək, pendir, göyərti, çörək və çay ilə qidalanarlar, həzm sistmemi baxımından daha sağlam olarlar. İnsanlar bəzən Ramazan ayında qəbizlikdən əziyyət çəkirlər. O zaman ki, insan 17-18 saat ac və susuz qalır, bağırsaqların hərəkəti azalır. Maye içməmək qəbizliyin yaranmasına səbəb olar. Xüsusilə də Ramazan ayının ilk həftəsində bu problem özünü qabarıq şəkildə göstərir. Qəbizliyin qarşısını almaq üçün tərəvəz və meyvə yeməkdən qafil olmaq olmaz. Və çox yağlı və şirin şeylərin yeyilməsi məsləhət görülmür. Oruc tutanların əksər hissəsinin sualı budur ki, obaşdana yemək yemək zəruridirmi? Cavabında deməliyik ki, bəli, obaşdana durmaq çox faydalıdır və oruc tutanlar obaşdanda maye içməli, kifayət qədər qida qəbul etməlidirlər ki, həzm sistemində problemləri olmasın. Əgər səhər obaşdan zamanı yemək yeyə bilmirsinizsə, səbəbi iftarda çox yeməyinizdir. Orucu sadə suplarla da açmaq çox tövsiyə olunur. İftar açan insan əvvəl duru yemək yeməli və sonra quru yeməklərin sorağına getməlidir. Ramazan ayında tərəvəz suplarına və salatlara xüsusi yer verin ki, həzm sisteminizin fəaliyyəti normada olsun. /Deyerler.org/ Oxşar xəbərlər
|