İftarlardan sonra həzmin normallaşması üçün bu 5 yoldan istifadə edin
1. Zəncəfil
Bu bitki qarın problemlərini aradan qaldırmaqda ən yaxşı vasitələrdən biridir. Həmçinin ürəyi sakitləşdirməyə də kömək edir. Çin təbabətində min illər boyu istifadə olunan zəncəfil "Zingiber officinale" adlı virusun əleyhinədir. Dərman preparatlarının tərkibinə daxil olan bu bitki ərzaq mağazalarından əldə edilə bilər. 2. Biyan Qədim zamanlardan müalicəvi ot kimi tanınan biyan bitkisi də həzm sistemini qaydaya salır. Antibakterialdır və iltihab əleyhinədir. Xalq təbabətində xora, qaraciyər problemləri və ağciyər tıxaclarının müalicəsində istifadə olunur. 3. Yoqurt Yoqurt mədə pozulmasının qarşısını alır. Həzm sistemini isə, normaya salır . Təkcə yoqurt deyil, eləcə də, digər süd məhsulları problemin həllində əlverişlidirlər. Xüsusən də, qatıq zəhərlənmənin qarşısı alır və həzm sisteminə müsbət təsir bəxş edir. 4. Müalicəvi çaylar Nanə, çobanyastığı və qara çay müalicəvi çay bitkilərinə nümunədir. Onlar həzm problemini aradan qaldırırlar. Nanə mədə qıcqırması, eləcə də, qaz azaldılmasında faydalıdır. Həmçinin ürəkbulanma və qusmanın qarşısını alır. Çobanyastığı spazmalı sahələrdə olan ağrını alır və yuxu gətirir. Qara çay isə, diareyanın müalicəsində istifadə olunur və olduqca əhəmiyyətlidir. 5. Çoxlu maye qəbul etmək Gün ərzində maye qəbul etmək olduqca vacibdir. Həzm sistemi üçün ən yaxşı mayelər təbii meyvə şirələri, toyuq ətinin suyu, bulyon kimi sağlam yollardır. Deyerler.org Oxşar xəbərlər
|