İsti havada ürəyi qorumaq üçün BUNLARI YEYİN
İsti havada insanın ürək-damar sistemi güclü yükləmələrə məruz qalır. Məhz bu səbəbdən isti havada ürək tutmaların, inrarkt və insultun sayı xeyli artır.
Bəzi məhsullar var ki, bu məhsulların tez-tez qəbulu ürəyə isti havaya tab gətirməyə kömək edir. Bu məhsullar arasında: - Ət, qaraciyər. Bişmiş mal və toyuq əti və xüsusilə qaraciyər koenzim Q10 maddəsi ilə zəngindir. Bu maddə sağlam ürək və damarlar üçün olduqca vacibdir. - Zeytun, küncüt yağı. Bu yağlar da koenzim Q10 maddəsi ilə zəngindir. - Ərik, ərik qurusu və ərik şirəsi. Kaliumla olduqca zəngin olan ərik ürəyin normal fəaliyyətinə kömək edir. - Qabıqda bişirilmiş kartof. Kartof da kaliumla zəngindir. - Pomidor. Kalium və likopin maddəsi ilə zəngin olan pomidor ürək üçün ən faydalı məhsullardan biridir. - Banan. Ürəyin növbəti dostudur. Kaliumla zəngin olan banan ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır. - Noxud, mərci, lobya. Bu məhsullarda həm kalium, həm də koenzim Q10 maddəsi var. - Keşyu, badam, araxis, fındıq, qoz, balqabaq tumları, küncüt. Bu məhsullar koenzim Q10 və həmçinin maqneziumla zəngindir. Maqnezium və kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardandır. - İspanaq. Bu göyərti ürək üçün ən faydalı məhsullardan biri sayılır. İspanağın tərkibində kalium, maqnezium, koenzim Q10 və digər ürək üçün faydalı maddələr var. Saglamolun.Az Oxşar xəbərlər
|