Ayətullah Amuli və Şirazi Qüds günü üçün çağırış etdilər
![]() İslaminSesi ABNA-a istinadla xəbər verir ki bunu mərcə təqlidi müctəhid Ayətullah Məkarim Şirazi ötən günkü çıxışında bəyan edib. Qarşıda Qüds gününün gəlib çatdığını bildiriən ayətullah Məkarim Şirazi öhdəliklərinə sadiq qalmaq istəyən müsəlmanları meydanlara çıxmağa çağırıb. “İslam dünyasında qarşıya çıxan hazırki şəraiti nəzərə alaraq, Qüds nümayişləri lazımi şəkildə keçirilməlidir ki gənc nəsil Qüdsün və Fələstinin işğalını unutmasınlar” deyə mərcə-təqlidi bu günün yaşaması üçün bütün addımların atılmasını istəyib. Ayətullah Cavadi Amuli də Əhya xütbəsində bu cümə keçiriləcək Qüds gününə insanların qatılmasını istəyib və gənc nəslin bu nümayişlərdə aktiv olmasına çağırıb. Oxşar xəbərlər
|