Beynəlxalq Qüds Günü İmam Xomeyni (r.ə) və Ali Rəhbər Xamenei cənablarının kəlamında
İmam Xomeyni (r.ə): - Qüds Günü islami bir gün və ümumi İslam səfərbərliyidir. Mən ümidvaram ki, Qüds Günü "Ümumdünya Məzlumlar Partiyası"nın təşkili üçün müqəddimə olacaq. - Qüds Günü məzlum xalqların taleyləri həll olmalıdır. Gərək məzlum xalqlar imperialist dövlətlər qarşısında öz varlıqlarını elan etsinlər - Qüds Günü elə bir gündür ki, gərək hegemon dövlətlərə anladılsın ki, artıq onlar İslam ölkələrinə müsəllət ola bilməzlər. - Mən Qüds Gününü, İslam günü və Rəsuli-Əkrəm (s) günü kimi dəyərləndirirəm. Qüds Günü biz öz qüvvələrimizi təchiz etməliyik və müsəlmanlar imperializmin onları çəkdiyi izolyasiyadan çıxmalıdırlar. *** *** *** Ali Rəhbər Xamenei: - Özünüzü Qüds Günü mitinqinə hazırlayın. Qüds Günü önəmli və təyinedici günlərdəndir. - Qüds Günü beynəlxalq bir gündür və yalnız Qüdsə məxsus olan bir gün deyil. Bu gün məzlumların imperialistlərlə mübarizə günüdür. - Qüds Günü İslamın həyat günüdür. Bu gün İslamı dirçəltmək lazımdır. - Fələstin azad olacaq. Bunda heç bir şəkk-şübhəniz olmasın. - Qüds günü islami xarakter daşıyan, beynəlxalq miqyaslı, böyük və əhəmiyyətli bir gündür. Oxşar xəbərlər
|