AĞCIYƏRLƏRI TƏMIZLƏYƏN 6 MÖCÜZƏVI QIDA
Ağciyərlərinizi təmizləmək istəyirsinizsə, bu 6 qida sizə köməklik göstərəcək.Bu qidalardan əsasən asma xəstəliyindən əziyyət çəkən və siqareti tərgidən insanlar ağ ciyərlərini təmizləmək üçün istifadə edə bilər.
1. Onlardan biri çox qüvvətli antioksidan təsirə malik olan zəncəfildir. Zəncəfil müxtəlif toksinləri və istənməyən maddələri ağciyərlərdən təmizləməyə köməklik göstərir. 2. Sarımsaq da ağciyərləri təmizləmək üçün təsirlidir. Sarımsaq da qüvvətli bir antioksidandır. 3. Evkalipt bitkisi isə təbii antibiyotik rolunu oynayır. Tərkibində müxtəlif yağlar olan evkalipt ağciyərdəki infeksiyaları təmizləməkdə sizə kömək olacaq. Bununla yanaşı, qan təzyiqini artıraraq qanın çoxalmasına köməklik edir. Öskürək üçün olan müxtəlif siroplarda da bu bitkinin tərkibindəki yağlardan da istifadə olunur. Bitkidən hazırlanan çay və onun buxarı bronxit, sinusit xəstəliflərinə kömək edir. 4. Ekinezya bitkisi soyuqlama və öskürək zamanı istifadə olunur. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarında effektlidir. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarına köməklik göstərir. 5. Keçibuynuzu bitkisi isə siqareti tərgidənlər üçün çox faydalıdır. 5 ədəd keçibuynuzu 1litr suda qaynadılır və acqarına içilir. Siqaretin ağciyərlərinizə verdiyi ziyanı bərpa etmək üçün bu bitkidən istifadə edə bilərsiz. 6. Ağciyərləriniz üçün faydalı olacaq bitkilər arasında əməköməçi bitkisi də var. Əməköməçi bir miqdar qaynadılır və 5-6 saat sonra ac qarına 1 stəkan içilir. Əməköməçi siqaretin ağciyərə verdiyi ziyanlara kömək etməklə yanaşı bəlğəmi də atdırır. Onu da qeyd edək ki, əməköməçi ağ ciyər xərçənginin də qarşısını alır. Saqlamheyat.Az Oxşar xəbərlər
|