Daha üç təqlid müctehidi sünnilər əleyhinə çəkilən filmə etiraz etdi
Mьəllif: admin1
Tarix: 5-07-2016, 21:45
Bцlmə: Xəbərlər
Daha üç təqlid müctehidi sünnilər əleyhinə çəkilən filmə etiraz etdi
İslamazeri.az-ın verdiyi xəbərə əsasən, İngiltərədən yayımlanan telekanalların sünnülər əleyhinə hazırladığı “Əzab günü” filminə, şiə alimlərinin etiraz etməsi davam edir.

Ayətullah Nuri Həmədani bu barədə bildirib: “Mən bu növ fəaliyyətlərə qarşıyam və islamın xeyrinə görmürəm. Bu filmə hər növ dəstək verməyi və izləməyi şəri olaraq haram hesab edirəm.” Düşmənin hiylələrinə toxunan

Ayətullah Cəfər Subhani isə “Düşmənin fitnələri səbəbilə bu gün, müsəlmanlar müsəlmanların əli ilə öldürülür. Milyonlarla iraqlı və suriyalı məcburi köçkün həyatı yaşayırlar. Bu şəraitdə bu cür filmin hazırlanması ağıldan və təqvadan uzaq bir addımdır. Filmin hazırlanması haram, ona dəstək verənlər günahkardırlar.”, -deyə qeyd edib.

Müsəlmanların islamın xeyrinə addım atmalarının zəruriliyini bildirən Ayətullah Safi Gülpayqani deyib: “Müsəlmanlar zaman və məkanın ehtiyaclarını nəzərə almalıdırlar. Həmçinin islam və məzhəblərinə ehtiramsızlıqdan və şiələrin şəhid olmasına səbəb olan işlərdən uzaq olmalıdırlar. Bu səbəbdən möminlər bu cür filmlərin düzəldilməsi kimi fəaliyyətlərdən uzaq olmalıdırlar.”

Qeyd edək ki, bir müddət öncə bu filmlə bağlı təqlid mərcəsi Ayətullah Məkarim Şirazi də öz etirazını bildirmişdi.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031