İnsan orqanizmi üçün faydalı olan və süfrələrdən əskik edilməməsi tövsiyə edilən 13 meyvə və tərəvəz
Mьəllif: admin1
Tarix: 8-07-2016, 18:12
İnsan orqanizmi üçün faydalı olan və süfrələrdən əskik edilməməsi tövsiyə edilən 13 meyvə və tərəvəz
Meyvə və tərəvəzlər sağlamlıq baxımından hər ev üçün önəmli olan qidalar hesab olunur. Üstəlik bəzilərinin faydalarını saymaqla da bitmir, bununla bağlı Maide.Az olaraq sizlər üçün bir siyahı təqdim edirik.

1. Ananas
Ananas artıq yağların əridilməsini sürətləndirir və qarın nahiyəsinin möhkəmlənməsinə yardımçı olur.


2. Limon
Limon orqanizmdəki PH-ın miqdarını normasında saxlamaqdan əlavə, qaraciyər ilə böyrəklərin təmizlənməsində mühüm rol oynayır.


3. Qaragilə
Qaragilə qan şəkərini qaydaya salmaqdan əlavə, sidik yollarının təmizləyicisi rolunda iştirak edir. Həmçinin qaragilənin gözlərə olan faydası da az deyil.



4. Yaşıl limon
Tərkibi C vitamini çok zəngin olan yaşıl limon, toksinlərin orqanizmdən uzaqlaşdırılması baxımından çox faydalıdır.


5. Alma
Faydalarını saymaqla bitməyən almanın bilinməyən faydalarından biri də depressiyanın qarşısını almaqdır.



6. Gül kələm
Astma üçün faydalı olduğu bilinən gül kələmin başqa bir önəmli xeyri, böyrəkdə baş verən narahatçılıqların təsirini azalmağa yardımçı olmasıdır.




7. Kələm
Sanki bir təbii əczaxana olan kələm, orqanizmdə yağın əridilməsində yardımçı olan tərəvəzdir. Bununla yanaşı vitamin bolluğu ilə seçilən kələm, üstəlik bağırsaqların normal fəaliyyətinə də faydalı olur.



8. Yaşıl soğan
Həzm prosesini tənzimləyən, qida lifi baxımından olduqca zəngin olan yaşıl soğan, eyni zamanda tam bir vitamin mənbəyidir. Bununla yanaşı damar, sümük və göz sağlamlığı çox yaxşı təsir göstərdiyi məlumdur.


9. Albalı
Albalı ürək gücləndirici olmasından əlavə, qan dövranının qaydasında çalışmasına faydalı hesab olunur.


10. Banan
Ən çox sevilən meyvələrin başında gələn banan, bir çox faydalı xüsusiyyətlərə sahibdir. Bunların ən öndə gələnləri bunlardır; qan təzyiqini nizama salınması, həzm prosesinə yardımçı olması, dəri xəstəliklərinə, böyrəklərə faydalı və vitamin mənbəyi olması.


11. Portağal
Ən çox sevilən meyvələrdən biri olan portağal, böyrək daşlarının tökülməsinə, immunitet sisteminin gücləndirilməsinə, diabetin qarşısının alınmasına, xərçəng riskiniin və xolestrolun azaldılmasına, həzm sisteminin normal çalışmasına və dərinin sağlamlığına faydalı olması ilə seçilir.



12. Yemiş
Yay mövsümünün vaz keçilməz meyvələrindən biri olan və adətən yanında qarpızın da əskik olmadığı yemişin faydalarını saymaqla bitmir. Bunlardan ən önəmliləri qəlb və damar sağlığını qoruması, gözlərə yaxşı təsir göstərməsi və stress səviyyəsinin azaldılmasıdır.



13. Pomidor
Önəmli bir vitamin və mineral mənbəyi olan pomidor, sümük və göz sağlığını da qoruyur. Bununla yanaşı pomidorun zəifliyə qarşı yardımçı olması da məlumdur.⁠⁠⁠⁠
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930