Üzüm yarpaqlarından çay. Çox faydalı!
![]() Bu məqsədlə yayda adi qara çayın əvəzinə faydalı ot və bitki çayları için. Üzüm yarpaqlarından çox faydalı müalicəvi çay hazırlamaq olar. 10 orta ölçüdə olan təzə üzüm yarpağı termosa qoyulur, üzərinə 2 stəkan qaynar su tökülür, axşamdan səhərə qədər qalır. Səhər dəmləməni yaxşı süzün və gün ərzində adi çay kimi qəbul edin. Çaya 1 dilim limon, bal əlavə edə bilərsiniz. Bu müalicəvi çayın bir çox faydaları var: - antioksidantlarla zəngin olduğundan orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin, xərçəngin qarşısını alır - orqanizmi ziyanlı maddələrdən təmizləyir - podaqra zamanı çox faydalıdır - mikrobəleyhinə təsirə malikdir - damarları möhkəmləndirir, varikoz zamanı faydalıdır - ağız boşluğu iltihabları, damaqların həssas olması və qanaması zamanı çox yaxşı müalicəvi təsir edir - ishalı müalicə edir, bağırsaqları "yığır" - böyrəkləri və sidik kisəsini təmizləyir - şişkinliyi azaldır - qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır - hamilə qadınlarda ürəkbulanması zamanı kömək edir - öskürək zamanı müalicəvi təsir edir. Saglamolun.Az Oxşar xəbərlər
|