Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür
Mьəllif: admin1
Tarix: 12-07-2016, 23:10
Bцlmə: Xəbərlər
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür
Hicri qəməri tarixi ilə 1344-cü il şəvval ayının 8-də Mədinə şəhərinin Bəqi məzarlığında yerləşən müsəlmanların İmamlarının (ə) mübarək hərəmləri Səudiyyə Ərəbistanının vəhabi rejimi tərəfindən yerlə yeksan edilib.

İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, hərəmlərin bərpa edilməsini tələb edir.

Qeyd edək ki, müqəddəs Bəqi qəbiristanlığı Səudiyyədə təkfirçi-vəhhabi rejimi qurulduqdan sonra dağıdılıb. Həmin dövrədək burada olan müqəddəs hərəmlər də rejim tərəfindən dağıdılıb. Dağıdılan ziyarətgahlar Peyğəmbərin (s) əsas dayaqlarından olmuş əmisi Həzrət Həmzəyə, Məhəmməd peyğəmbərin (s) nəvəsi, ikinci imam İmam Həsənə (ə), dördüncü imam Əli ibn Hüseynə (ə), beşinci imam İmam Baqir (ə) və altıncı imam İmam Cəfər Sadiqə (ə) məxsus olub.

Bəqi qəbiristanlığı Səudiyyə Ərəbistanının ‏‎Mədinə şəhərində, Nəbəvi Məscidindən (Peyğəmbər (s) Məscidi) cənub-şərqdə yerləşir. 622-ci ilin sentyabrında Peyğəmbər (s) Məkkədən Mədinəyə gəlir. Həmin dövrdə Ən-Nəbəvi Məscidin tikintisi zamanı Peyğəmbər (s) buradakı Əl-Bəqi adlı böyük torpaq sahəsini satın alır. Burada həmçinin Məhəmməd peyğəmbərin (ə) əmisi Abbas ibn Əbdülmütəllib də dəfn olunub.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031