BÖYRƏK DAŞINDAN ƏZIYYƏT ÇƏKƏNLƏRƏ ŞAD XƏBƏR
Mьəllif: admin1
Tarix: 13-07-2016, 10:04
BÖYRƏK DAŞINDAN ƏZIYYƏT ÇƏKƏNLƏRƏ ŞAD XƏBƏR
Türkiyənin tanınmış həkimlərindən Erdal Yılmaz böyrək daşından əziyyət çəkənlərə şad xəbər verib.

Doktor Erdal Yılmaz dərmanlardan istifadə etmədən böyrək daşlarından xilas olmağın mümkün olduğunu bildirib.

Həkim böyrəkdə daşların yığılmasının əsas səbəbini sidikdə sitrat miqdarının az olması ilə əlaqələndirib: "Sidikdə bir çox maddələr olur. Bunlardan biri də sitratdır. Sitratın az olması böyrəklərdə daşın yaranmasına səbəb olur. Mədə xəstəliklərindən əziyyət çəkənlər böyrək daşlarını əridən dərmanlardan istifadə edə bilmirlər.

Ancaq araşdırmalar sübut edib ki, təbii qidalar sayəsində dərmanlarsız da daşları əritmək olar”.

Həkimin sözlərinə görə, təbii üsulla böyrək daşlarından xilas olmaq üçün sitratla zəngin olan qidalar istehlak etmək lazımdır. Bu qidalardan ən təsirli olanlar sitrus meyvələri və pomidordur.

"Bəzi qidalar xəstənin sidiyində sitrat miqdarını artıra bilir. Bu da böyrək daşlarından xilas olmağa kömək edir. Bu baxımdan ən təsirli qidalar sitrus meyvələridir.

Xüsusilə, portağal və limon böyrək daşlarından xilas olmağı asanlaşdırır. Biz xəstələrə gündə 1 stəkan portağal şirəsi içməyi tövsiyə edirik. Bir litr suya bir ədəd limonun şirəsini sıxıb içmək də olduqca təsirli üsuldur.

Araşdırmalar böyrək daşlarını ərtiməkdə pomidorun da ən az sitrus meyvələri qədər təsirli olduğunu ortaya çıxarıb. Yay aylarında portağal əvəzinə pomidordan istifadə etmək daha məsləhətlidir”.(publika.az)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930