İnsultun qarşısını almaq üçün MƏSLƏHƏTLƏR
Beyin qan dövranının kəskin pozulması olan insult çox ciddi problemdir. Keçirilmiş insultdan sonra əvvəlki fiziki aktivliyə qayıtmaq son dərəcə problemlidir.
Statistikaya görə, buna nail olan pasiyentlər cəmi 30% təşkil edir. Ən pis nəticə isə odur ki, insanın hərəkətində, nitqində, çanaq orqanlarının funksiyalarında kobud pozulmalar olur və uzun illər o, iflic vəziyyətində qalır. Belə vəziyyət nəinki xəstəyə, həmçinin onun ailəsinə də böyük narahatlıqlar və problemlər yaradır. İnsultun əlamətləri: - Hərəkətin kəskin pozulması (əsasən bədənin yarı hissəsində) - Mimikada pozulma - Nitqdə pozulma - Görmədə kəskin pozulmalar Yadda saxlayın, insultun qarşısını almaq daha asandır, nəinki onu müalicə etmək! Hipertoniyanı, lipid mübadilənin pozulmasını, şəkərli diabeti müalicə etmək daha asandır, nəinki insultu! Ümidverici fakt odur ki, vaxtından əvvəl infarkt və insultların 80%-nin qarşısını almaq mümkündür. Bu işdə əsas profilaktika tədbirləri – düzgün qidalanma, müntəzəm fiziki aktivlik və tütün məhsullarından çəkinmək önəmlidir. Düzgün qidalanma rasionuna əməl etməklə, yəni duz, şəkər və yağlardan məhdud şəkildə istifadə etməklə, çoxlu meyvə-tərəvəz qəbul etmək, yağsız ət, balıq və paxlalılarla qidalanmaq ürək-damar sisteminin sağlam qalması üçün çox əhəmiyyətlidir. Müntəzəm fiziki aktivliklə hər gün ən azı yarım saat, həftədə isə bir neçə gün ərzində bir saat məşğul olmaqla sağlam çəkini qorumaq və ürək-damar sistemini sağlam vəziyyətdə saxlamaq mümkündür. Tütünün istifadəsindən çəkinmək. Tütünün hər bir növü: siqaret, siqar, qəlyan və s. sağlamlıq üçün zərərlidir. Passiv tütünçəkmə də həmçinin təhlükəlidir. Tütün məhsullarının istifadəsindən çəkindikdən dərhal sonra infarkt və insultun inkişaf riski azalmağa başlayır, 1 ildən sonra isə bu risk 50%-ə qədər enir. Ürək-damar xəstəliklərinin inkişaf riskini yoxlamaq və nəzarətdə saxlamaq məqsədilə vacibdir: - Qan təzyiqinizi bilmək. Yüksək qan təzyiqi, adətən, hər hansı əlamətlə müşayiət olunmur, lakin qəflətən baş verən insulta və ya infarkta gətirib çıxara bilir. Qan təzyiqinizi yoxlayın. - Qanda şəkərin səviyyəsini bilmək. Qanda qlükozanın artıq miqdarı (diabet) infarkt və insultların inkişaf riskini artırır. Sizdə diabet varsa, bu riskin minimuma çatdırılması üçün qan təzyiqinizə və qanda şəkərin səviyyəsinə nəzarət etməyiniz vacibdir. - Qanda lipidlərin səviyyəsini bilmək. Lipidlər – orqanizmdə enerji mənbəyi rolu oynayan yağlar və yağlı maddələrdir. Qanda yüksək miqdarda xolesterin infarkt və insultların inkişaf riskini artırır. Sağlam qidalanmanın və ehtiyac olduqda müvafiq dərmanların köməyilə qanda xolesterinin səviyyəsini nəzarətdə saxlamaq lazımdır. İnsultdan dəqiq şübhələnməyə imkan verən adi test: - Xəstədən hər iki əlini yuxarı qaldırmağı xahiş edin. İnsult zamanı bu, alınmır – bir əli yuxarı qaldırmaq mümkün olmur. - Xəstədən gülümsəməyi xahiş edin. Gülümsəməyə cəhd etdikdə üzdə assimetriya görünür və ağız bucağı əyilmiş olur. - Sadə söz birləşməsini təkrar etməyi xahiş edin. İnsultlu xəstələrin əksəriyyətində danışıq funksiyası pozulur. Kimdəsə insultun olmasına şübhəniz yaransa, dərhal təcili yardım çağırın. Trombu əritmək üçün görüləcək tədbirlərə cəmi 3,5 saat vaxtınız vardır (yaranmış tromb baş beyin arteriyalarına qanın getməsinin qarşısını kəsir və bununla da beynin hər hansı bir şöbəsinin ölümünə səbəb olur). Saglamliq.isim.az Saglamolun.Az Oxşar xəbərlər
|