Ayətullah Xameneinin Con Kerrinin İranla bağlı xəyallarına maraqlı cavabı
“Onlar İranla bağlı ümidlərini burada yerləşən kafelərə və kafeşöplara bağlayırlar” İslaminSesi xəbər verir ki ayətullah Xamenei son günlərdə çıxışlarının birində ABŞ dövlət katibi Con Kerrinin İranla bağlı ümidlərini və xəyallarını istehza edən maraqlı cavab verib. İslam İnqilabının Ali lideri deyib: “Avropalı bir jurnalist İrana gəlir. Sonra geri dönəndə Con Kerrinin yanına gedir və ona hesabat verir. Con Kerri bunu iki üç gün öncə deyib. O deyir ki İrandan gələnlər mənə bildirirlər ki orada gənclər kafeşoplarda oturub qəhvə içib, ölkələrinin gələcəyi barədə söhbətləşirlər. Onun könlü bununla rahatlıq tapır. Onlar burada bir neçə kofeşopa gedib görüblər. Bu kafeşop da bizim qəhvəxanadır. Hərfi tərcüməsi qəhvəxanadır. İndi bəziləri qəhvəxana sözündən uzaq durub, kofeşop işlədir. İndi onlar burada olan bir neçə qəhvəxanaya gedib orada hakimiyyət, rəhbər, inqilab və imam Xomeyni əleyhinə danışan gənc görüblər. Onlar bununla arzu edirlər ki bir gün bu hakimiyyət dəyişəcək. İndi Kerrinin könlü burada mövcud olan 30 -40 qəhvəxanada hakimiyyət əleyhinə danışan təqribən 100 adamla rahatlıq tapır. O bunu müsahibəsində və rəsmi açıqlamasında deyir” Oxşar xəbərlər
|