BÖYRƏK DAŞI XƏSTƏLIYININ MÜALICƏSI
Mьəllif: admin1
Tarix: 19-07-2016, 19:59
BÖYRƏK DAŞI XƏSTƏLIYININ MÜALICƏSI
Bu xəstəliyin müalicə metodu daşın (və ya daşların) ölçülərindən, onların yerləşməsindən, xəstənin vəziyyətindən və s.-dən asılıdır.
Əsas müalicə metodları - konservativ (dərmanların köməyi ilə) müalicə metodu və cərrahi metoddur.
Konservativ metod daşların ölçüləri 3-5 mm qədər olduqda istifadə oluna bilər. Xəstəyə xüsusi dərman preparatları, fizioterapiya, homeopatiya (otlarla müalicə), pəhriz (daşın mineral tərkibindən asılıdır) təyin olunur. Nəzərinizə çatdıraq ki, böyrək daşı xəstəliyi çox ağır və təhlükəli xəstəlikdir ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalara (böyrəyin irinlənməsi, xroniki böyrək çatışmazlığı və s.) və hətta xəstənin həlak olmasına gətirib çıxara bilər. Bu səbəbdən heç bir halda həkimin məsləhəti olmadan dərman və hətta xalq təbabəti üsullarından istifadə etməyin. Öz-özünə müalicə çox ağır nəticələrə gətirib çıxara bilər.
Müalicə zamanı xəstə maye qəbulunu artırmalıdır ki, xırdalanmış daşlar sidiyin axarı ilə böyrəklərdən daha asan xaric olunsun. Gün ərzində xəstə 2,5-3 və daha artıq təmiz filtrdən keçirilmiş su qəbul etməlidir. Daşların böyrəklərdən xaric olunması bəzən ağrılı olduğuna görə həkim xəstəyə ağrıkəsici preparat təyin edə bilər.
Əgər ən böyük daşın ölçüsü 5 mm-dən böyükdürsə müxtəlif cərrahi üsullar tətbiq oluna bilər. Bu üsulların arasında ən az travmatik üsul - distansion-dalğalı litotripsiya.
Xüsusi cihaz (litotriptor) vasitəsilə elektromaqnit şüaları böyrəklərdə olan daşları xırdalayır. Sonra xırdalanmış daşlar sidiyin axarı ilə xaric olunur. Bu üsul daşların ölçüləri 2 sm-dən böyük olmadıqda istifadə oluna bilər. Prosedur damar daxili anesteziya istifadəsi ilə keçirilir. Prosedurdan sonra xəstə klinikada 1-2 gün qaldıqdan sonra evə yazılır.
Daş böyük olduqda və ya litotripsiya lazım olan effekt vermədikdə cərrahi əməliyyat təyin olunur. Hal-hazırda bu əməliyyatlar müasir endoskopik üsullarla keçirilir. Uretradan və sidik kisəsindən böyrəyə və ya sidik kanalına kiçik videokamerası ilə təchiz olunmuş xüsusi cihaz - uretroskop (nazık borucuq) daxil edilir. Bundan sonra daş lazerin köməyi ilə xirdalanır və ya uretradan çıxarılır. Həkim əməliyyata kompüter monitoru vasitəsilə nəzarət edir. Təbii ki, belə müasir üsullar xəstənin əməliyyatdan sonra daha tez bir zamanda bərpa olunmasına imkan verir.
Daşlar çox böyük olduqda və ya digər üsullar nəticə vermədikdə klassik cərrahi əməliyyat aparılır. Bel nahiyyəsində xırda kəsiklər aparılır və cərrah böyrəklərdən daşları xaric edir. Hal-hazırda belə əməliyyatlar daha tez-tez laparoskopik üsulla yerinə yetirilir.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930