Qarpızın saymaqla bitməyən faydaları
Qarpızın çoxlu sayda faydası olduğu bildirilir
Mütəxəssislər, qan təzyiqinin tarazlanmasından, sağlam arıqlamağa qədər çoxlu sayda faydası olan qarpızın yay aylarında bol bol qəbul edilməsini təklif edir. Mütəxəssislər qarpızın artıq piştaxtalarda satılmağa başladığını söyləyərək, "Qarpız, tərkibində saxladığı maddələrlə tam bir sağlamlıq qaynağıdır", ifadəsini gündəmə gətiriblər. Qarpızın qan təzyiqi və ürək funksiyalarının yaxşılaşdırılmasına kömək etdiyini, bundan əlavə xərçəng növlərinə qarşı da qoruyucu bir təsirə malik olduğunu dilə gətirən elm adamları bu məlumatları verib: "Qarpızın bədəni təmizləyici xüsusiyyəti var. Çünki tərkibinin 95-i sudur. Bu səbəblə böyrəkləri çox yaxşı işlədir. Sidik qovucudur. Böyrəkdəki daş və duzları təmizləyir. Ayrıca qum tökmə, daş salmada da təsirlidir. Bol B, C vitamini və anti oksidant ehtiyatı var. Qarpızda olan 'Likopen' maddəsi qan təzyiqini nizamlayır. Tərkində olan yüksək kalium və Beta Karoten maddəsi sayəsində ürəyi infarkta qarşı qoruyucu xüsusiyyəti vardır. Qarpız tam mənasıyla bir şəfa qaynağıdır". Artıq çəki problemi olan qadınlara da bol-bol qarpız yemələrini təklif edən mütüxəssislər qarpızın bol miqdarda sudan etibar olması və şəkər saxlamaması, ayrıca bağırsaqlard sovrulmanı sürətləndirməsi kimi xüsusiyyətləriylə çəki azaltmanı sürətləndirdiyini ifadə edib. Bu səbəblə həm çox kilosu olan, həm də çəki artırmaq istəməyənlərin bol-bol qarpız yemək tövsiyə edilir. Qarpızı ümumiyyətlə yeməkdən sonra qəbul edirik. Bu doğru deyil. Yeməkdən dərhal sonra yeyilən qarpız köp meydana gətirir. Çox yemək məsləhət deyil. Qarpızı aç ikən yemək onda olan faydalardan maksimum şəkildə faydalanmağı təmin edir. Bu səbəblə qarpız yeməklərdən çox əvvəl ya da yeməkdən çox sonra yeyilməlidir. Oxşar xəbərlər
|