Yaddaşı zəif olanların nəzərinə: hər gün 3 ədəd yeyin
Mьəllif: admin1
Tarix: 24-07-2016, 09:51
Yaddaşı zəif olanların nəzərinə: hər gün 3 ədəd yeyin
Qayğılar, stress, gərginlik çox zaman unutqanlığa səbəb olur. Gün keçdikcə də unutqanlıqdan şikayətlənən insanların sayı artmağa başlayır.
Tez-tez evin başqa bir otağına gedib, “mən bura niyə gəlmişdim?” və ya şkafı açıb “mən buradan nə götürməliydim?” deyirsinizsə, demək artıq unutqanlıqla baş-başasınız. Mütəxəssislər unutqanlığı aradan qaldırmaq üçün düzgün qidalanmanı məsləhət görür. Unutqanlıq problemi ilə qarşı-qarşıya qalanlar üçün məsləhət görülən 8 qida haqqında məlumat veririk.
1. İki gün balıq yeyin: Omeqa 3 yağ turşuları ilə zəngin qidalanmaq yaddaşsızlıq riskini azaldır. Unutqanlığın qarşısını almaq üçün həftədə 2 gün balıq yemək şərtdir.
2. Üç ədəd qoz: Qoz omeqa 3 yağ turşusu baxımından ən zəngin qidalardan biridir. Güclü yaddaşa sahib olmaq üçün gündə 3 ədəd qoz yeyin.
3. Bir ovuc kişmiş: Xüsusilə quru üzüm zehni qüvvətləndirir. Unutqanlığı məğlub etmək üçün hər gün bir ovuc yeyin.
4. Moruq: Gümrahlıq verir, zehni yorğunluğu aradan qaldırıcı gücə malikdir.
5. Kərəviz: Sinir yorğunluğunu və unutqanlığı aradan qaldırır.
6. Tünd şokolad: Kakao və tərkibindəki flavonlar səbəbindən beyindəki qan axımını sürətləndirir.
7. Ciyər: Beyin və sinir hüceyrələrini inkişaf etdirir. Yaddaşsızlıq və unutqanlıq xəstəliyinə qarşı təsirlidir.
8. Qərənfil çay(mixək)ı: Qərənfil (mixək) adi çay kimi dəmlənib içildikdə yaddaşı gücləndirir, zehni canlandırıb unutqanlığın qarşısını alır.


Aile.lent.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930