F.Gülənə aid heç zaman üzə çıxmayan görüntülər və sənədlər aşkarlanıb
Deyerler.Org Türkiyədə "HSYK"da (Hakimlər və Prokurorlar Ali Şurası, - red.) işləyən bir hakimin yandırmağa çalışdığı sənədlər aşkarlanıb. "Paralel qurum"un iç üzünü açan sənədlərdə F.Gülənə aid indiyə qədər ortaya çıxmayan məlumatlar da var, - Sabah. Sənədləri həftələrdir "paralel qurum"u ifşa edən ölkə "aHaber" telekanalının "100%" verilişi ortaya çıxarıb. Verilişin çəkiliş qrupuna belə bir məlumat çatıb ki, Ankaranın rayonlarından birində "HSYK" əməkdaşı olan bir hakim əlində çox mühüm sənədlər olan torbanı sobada yandıracaq. Ancaq içində təşkilatlanmaya aid məlumat, sənəd və dəlillərin olduğu bu sənədlərə aparıcı Sevilay Yükseler, Fidel Okan və Əbdürrəhman Şimşək tərəfindən koordinasiyalı bir şəkildə icra edilən bir çəkilişlə sənədlər məhv edilmədən əldə edilib. Bir hard disk və xeyli sayda "CD"nin olduğu sənədlər məhkəmə sistemindəki paralel təşkilatnamanı isbat edəcək xüsusiyyətdədir. Ələ keçən sənədlər arasında olan hard diskin yandırılmadan əvvəl xarab edildiyi və bəzi "CD"-lərin də qırıldığı məlum olub. "HSYK"da uzun illər işləyən bir hakimə aid olduğu dəqiqləşən sənədlərdə paralel təşkilatlanmanın lideri Fəthullah Gülənin daha əvvəl heç dərc olunmamış səsli görüntüləri də var. Həddən artıq incəliklə aparılan iş nəticəsində 4 "CD"dəki bütün məlumatlar tamamilə bərpa edilə bilib. Bu məlumatların içində paralel təşkilatlanmanın lideri Gülənin heç vaxt ortaya çıxmamış görüntüləri, yüksək səviyyəli təşkilat mənsublarının səs qeydləri və təşkilata aid mühüm detallarla "paralel qurum"un məktəblərində oxuyan şagirdlərə aid mühüm məlumatlar aşkarlanıb. Türkiyə xəbər mənbələri bildirir ki, bəzi video görüntülərdə F.Gülənin İslamı aşağıladığına dair görüntülər də aşkarlanıb. Deyerler.Org Oxşar xəbərlər
|