Hər gün bir alma yemək xərçəngin qarşısını alır
Polşada aparılan bir araşdırmanın nəticələrinə görə, mütəmadi olaraq alma yemək yoğun bağırsaq xərçənginin qarşısını alır
Almanı qabığını soymadan yemək daha faydalıdır. Başqa bir meyvə və ya tərəvəzin xərçəngdən qoruma təsirinin almayla eyni olmadığını söyləyən mütəxəssislər, almanın tərkibindəki antioksidantların qabığında beş qat çox olduğunu, buna görə də almanı qabığıyla yeməyin daha faydalı olduğunu bildirib. 592 xəstə üzərində aparılan araşdırmada hər gün bir alma yeyən xəstələrdə xərçəng hüceyrələrinin 0.65 % daha yavaş inkişaf etdiyi müşahidə edilib. Oxşar xəbərlər
|