İmam Əliyə (ə) aid əlyazma Qurani-Kərim nüsxəsi ilk dəfə çap olunacaq
Qüds Rəzəvi ostanının Mərkəzi Kitabxanasının nadir əsərlərindən biri olan İmam Əliyə (ə) aid əlyazma Qurani-Kərim nüsxəsi, ilk dəfə İranda nəşr olunur.
Deyerler.org Astan News-a istinadən xəbər verir ki, Qüds Rəzəvi ostanının əlyazma əsərləri arasında ən qədim əsər sayılan İmam Əlinin (ə) əlyazma Qurani-Kərim nüsxəsi ilk dəfə olaraq doktor Təyyar Altıkulaçın nəzarəti altında, Qüds Rəzəvi ostanının mətbuat yayım mərkəzi tərəfindən nəşrə hazırlanır. Əslən türkiyəli olan doktor Təyyar Altıkulaç Qurani-Kərimin ən qədim əlyazma mətnlərini, ən qədim müqəddəs kitab nüsxələrini işıqlandıran tanınmış simalardan biridir. Türkiyənin sabiq diyanət işləri başqanı doktor Altıkulaç açıqlama verərək, Qüds Rəzəvi ostanının Mərkəzi Kitabxanasında Əhli Beyt (ə) imamlarına aid əlyazma Qurani-Kərim nüsxələrinin ən qədim nüsxələri olduğunu qeyd edib: "Mən iki səbəbdən bu xüsusi nüsxə üzərində dayandım. Birinci səbəbim yalnız 10 vərəqi əskik olmaqla bu nüsxənin təxminən tam nüsxə sayılması və ikinci səbəbim isə bu nüsxənin İmam Əli (ə) adına aid olmasıdır". Türkiyənin İslam Elmləri Araşdırma Mərkəzinin (İSAM) sədri doktor Altıkulaç açıqlamasının davamında belə danışıb: "İndiyə qədər dünyanın ən qədim Qurani-Kərim nüsxələrinin səkkizi üzərində araşdırma və tədqiqat aparmışam və indiyə qədər üzərində araşdırma apardığım nüsxələrin 6-sı çap edilib və 2 nüsxə isə çapa hazılanmışdır. Bütün bu nüsxələrdə bəzi əskik səhifələr var, amma maraqlı olan məsələ budur ki, bu nüsxələrin heç birisinin mətnlərinin digər nüsxələrlə kiçik bir fərqi belə yoxdur və bu çox mühüm məsələdir". İmam Əliyə (ə) məxsus Qurani-Kərim nüsxəsinin digər Qurani-Kərim nüsxələrilə fərqli olması istiqamətində səsləndirilən iddialara toxunan doktor Altınkulaç, belə danışıb: "Apardığımız araşdırmalar zamanı ortaya çıxan məqam budur ki, İmam Əliyə (ə) aid olduğu söylənən Quran nüsxəsi ilə digər qədim Quran nüsxələri arasında heç bir fərq yoxdur və bir-birinə tam uyğun gəlir. Bu məsələ bizim üçün mühüm məsələdir və iranlı qardaşların bu Quran nüsxəsini çapa hazırlaması çox faydalı bir addımdır". Oxşar xəbərlər
|