Kərbəlanı İŞİD-dən qorumaq üçün 70 km uzunluğunda xəndək qazılır- VİDEO
İŞİD terrorçularının və onların minalanmış maşınlarının qarşısını almaq məqsədilə Kərbəla ilə əl-Ənbar əyaləti arasında 70 km uzunluğunda xəndək qazılır
İraq mətbuatı xəbər verir ki, 70 km uzunluğunda olan xəndək Kərbəlanın qərbindən başlayaraq Nəcəf şəhərinə doğru hərəkət edəcək və əraziləri əl-Ənbar səhrasından ayıracaq. əl-Ənbar əyalətinin Rəmadi və Fəllucə şəhərləri istiqamətindən gələn İŞİD terrorçuları bu bölgədə tez tez görünürlər. Xəndəyin dərinliyi iki enliyi isə 3 metr olacaq.Burada hər klometrdən bir nəzarət bürcləri tikiləcək. Kərbəlada olan təhlükəsizlik qüvvələri dəfələrlə səhradan gələn terrorçularla qarşılaşıblar.(İslaminsesi) Oxşar xəbərlər
|