RUSIYA UKRAYNA MƏSƏLƏSINI PRIBALTIKADA HƏLL ETMƏK ISTƏYIR
Mьəllif: admin1
Tarix: 7-05-2014, 14:58
Bцlmə: Xəbərlər
RUSIYA UKRAYNA MƏSƏLƏSINI PRIBALTIKADA HƏLL ETMƏK ISTƏYIR

Amerika başda olmaqla NATO Rusiya ilə qarşılaşmaqdan yayınır

İslaminsesi.az - Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) dağılması ilə 15 respublika müstəqillik əldə etdi. Özünü heç zaman sovet ailəsinin üzvü saymayan Pribaltika dövlətləri - Latviya, Litva və Estoniya bu qlobal dəyişikliyə ən çox sevinənlər idi.

O dövrdə yaşayan insanların yəqin xatirində olar - 1989-cu ilin 23 avqustunda 2 milyondan artıq pribaltikalı ələ-ələ verərək “Baltika yolu” adını almış aksiya həyata keçirdilər. 600 kilometrə qədər uzanan canlı insan zənciri əslində Almaniya ilə SSRİ arasında 1939-cu ildə imzalanmış və Pribaltikanı SSRİ-nin təsir dairəsinə salan Molotov-Ribbentrop paktının 50 illiyi münasibətilə təşkil olunmuşdu.

1940-cı ildə sovet qoşunlarının bu torpaqlara gəlişini işğal aktı sayan pribaltikalıların kollektiv mübarizə əzmi Sovet İmperiyasının çöküşündə əhəmiyyətli rol oynadı.

1991-ci ildə SSRİ-nin rəsmən bir dövlət kimi fəaliyyətini dayandırdığı elan olunduqdan sonra Latviya, Litva və Estoniya müstəqil dövlətlər kimi Qərblə sıx inteqrasiya proseslərinə qoşuldular.

Avropa institutları – Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlıq genişləndirildi. Daim antirus əhval-ruhiyyələrin hökm sürdüyü Pribaltika ölkələri “rus təhlükəsi”nə qarşı təkilkdə mübarizə apara bilməyəcəyinə görə, özünə etibarlı tərəfdaş axtarırdı.

Məhz bu səbəbdən Şimali Atlantika Alyansı (NATO) ilə danışıqlar aparılırdı. 2004-cü il bu mənada əlamətdar oldu. Həmin il martın 29-da hər üç dövlət NATO-ya üzv qəbul olundu. Bu, xarici təhlükə olacağı təqdirdə Alyansın onları müdafiə edəcəyi təminatını verdi.

Ardınca mayın 1-dən Latviya, Litva və Estoniya Avropa Birliyinə üzv qəbul olundu.



Ukrayna hadisələrinə qədər Pribaltika ölkləri rahat idi

Beləliklə, əsas Avropa institutları Pribaltika ölkələrini öz ətrafında birləşdirdi. Ukrayna hadisələrinə qədər Pribaltika dövlətləri öz təhlükəsizliyi ilə bağlı əsaslı narahatlıq keçirmirdilər.

Rusiyanın regionda yürütdüyü mülayim siyasət də buna təsir edirdi. Bu illərdə tərəflər arasında əsasən söz savaşı gedirdi.

Sovet İttifaqının tərkibində olduğu illəri işğal hesab edən Pribaltika ilə Rusiya arasında gərginlik 2007-ci ilin aprelində kəskin şəkildə artdı. Estoniyanın paytaxtı Tallin şəhərinin mərkəzində yerləşən və şəhərin azad olunması uğrunda həlak olmuş sovet əsgərlərinin “Bürünc Əsgər” abidəsinin başqa yerə köçürülməsi ilə bağlı eston hökumətinin 2007-ci ilin aprelində verdiyi qərar kütləvi iğtişaşlara səbəb oldu. Ölkənin rusdilli icması və Rusiyadan gələn fəallarla polis toqquşmalara getdi. Nəticədə 1 nəfər Rusiya vətəndaşı öldürüldü. Qərarında qəti olan hökumət abidə yerini şəhərin kənarındakı hərbi məzarlığa dəyişdirməyə nail oldu.

Lakin Rusiya ilə Estoniya arasında münasibətlərdə ciddi soyuqluq yarandı. Moskvanın tətbiq etdiyi məhdud iqtisadi boykot siyasəti estonların bir neçə milyard avro ziyana düşməsinə səbəb oldu.

Bir haşiyəyə çıxaraq qeyd etmək lazımdır ki, Pribaltika dövlətlərində böyük rus icmasının da olduğunu unutmaq olmaz. Son statistik məlumatlara görə, Latviya əhalisinin 27,3%-i, Estoniyada 25,6% və Litvada 4,8% etnik ruslardır. Göründüyü kimi ruslar Latviya və Estoniyada gözəçarpacaq saya və nüfuza malikdirlər.

Rəsmi Kremlin həmişə rusdilli əhalinin hüquqlarının pozulması bəhanəsilə qonşu dövlətlərin daxili işlərini qarşımaq vərdişini nəzərə aldıqda Pribaltika dövlətlərinin narahat olmağa xeyli əsası var idi. Doğurdan da, son 20 il ərzində Rusiya rəsmi prezident səviyyəsində belə, rusdilli əhalinin hüquqlarının pozulması, rus dilinini ictimai həyatda istifadəsində məhdudiyyətlərin olması ilə bağlı bəyanatlar vermişdi. Bir faktı danmaq olmaz ki, məişət səviyyəsində latışlar, estonlar və litvalılar arasında rusofob meyllər var.
islaminsesi.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031