DÜNYA – XEYIR VƏ INSANLIQ KAMALI ƏLDƏ ETMƏK ÜÇÜN MÜSABIQƏ MEYDANIDIR
İslaminsesi.az - Hər keçən an bizə ömrümüzün azaldığını xəbər verir. Belə bir halda əyləşib əli-əlin üzərinə qoymaq nadanlıq olardı İmam Əli (ə) buyurur: “Dünya arxa çevirib vida edər, axirət üz çevirib parlayar”. Zaman elə bir şeydir ki, nə qaytarmaq olur və nə də dayandırmaq. Əgər dünyanın bütün qüvvələri birləşsələr və yer üzündə yaşayan bütün insanlar zamanı dayandırmaq üçün ciddi qərara alsalar, onu bir saniyə belə dayandıra bilməzlər. Bəli, zaman ötən qatara bənzəyir və öz yolunu gedir. Nə qədər təəssüflü olar ki, insan zaman keçməsinə baxmayaraq, əyləşər və onun keçdiyindən qafil olar. O şey ki, insanın var olmasını və həyatın həqiqətləri ilə rabitəsini tənzim edər, zamanın keçməsinə diqqət etməkdir. Daima keçən zamandan ən yaxşı şəkildə bəhrələnmək və gələcək üçün hazır olmaq üçün səy göstərməkdir. İmam Əli (ə) buyurur: “Bu gün çalışmaq zamanıdır, sabah isə qabaqlamaq, behişti qabaqlamaq. Günahkarlar üçün isə atəşə çatmaq”. Bəli, dünya – müsabiqə meydanıdır. Xeyir və insanlıq kamalı əldə etmək müsabiqəsi. Bu dünyada bütün canlılar arasında müştərək olan şey – hərəkət və çalışmaqdır. Ancaq o şey ki, insanı başqalarından üstün edir – hədəfli hərəkətdir. İradə və ağıl üzərində olan hərəkət. İnsanın əl və ayaq hərəkətlərindən başqa ruhu da hərəkət edər – kamala və insanlığa doğru. Əgər insan işıq sürəti ilə yeri və göyü ayağı altında qoya bilsəydi, ancaq insanlığa doğru bir addım belə atmasaydı, sanki heç bir faydalı hərəkət etməmiş olardı. Biz insanlar üçün faydalı hərəkət odur ki, bizi İlahi sifətlərə yaxın etsin. “Ayıq olun, xoşluq zamanı necə əməl edirsinizsə, qorxu və dəhşət zamanı da o cür əməl edin”. Bu nurani kəlam onu demək istəyir ki, o zaman ki, insan xoşluğa qərq olar, o zaman vəzifəsinə, Allahı zikr etməyə və əməlinin hesabını çəkməyə diqqət etməz. Belə düşünər ki, bütün bu xoşluqlar olmalı şeylərdir. İmam Əli (ə) buyurur: “Ayıq olun, mən görməmişəm ki, kimsə behişti axtarsın və yatsın. Atəşdən qaçan olsun, lakin qəflətdə olsun”. Ancaq o zaman ki, çətin zamanlar gəlib çatar, daima Allahdan yardım istəyər. Necə də gözəl olardı ki, insan xoşluq zamanı Allahı yada salaydı və Onu zikr edərdi. O kəs ki, bu dünyada ayıqdır, zamanın keçdiyini dərk edir və hərəkətdən qalmır. Hər anın qədrini bilir və zaman ötməmişdən əvvəl ondan bacardıqları qədər bəhrələnərlər. Beləliklə, deyə bilərik ki, ömür bizim üçün ən dəyərli nemətdir. Zaman qızıldır və əslində onu qiymətləndirmək çox çətindir. O kəs ki, Allahı yada salar və əmrlərini yerinə yetirər, zamandan ən çox bəhrələnmiş insan olar. Hələ ki, bu fürsət əldən getməyib qədrini bilək və zamanı dəyərləndirək. Oxşar xəbərlər
|