Dünyanın ən qədim uzun Qurani-Kərim nüsxəsinin uzunluğu nə qədərdir?
Dünyanın ən qədim uzun Quran nüsxəsi Ərzurumda nümayiş olunur
İslamazeri.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, dünyanın ən uzun və ən qədim Qurani-Kərimi Türkiyənin Ərzurum şəhərindəki Yaqutiyyə mədrəsəsində "Müqəddəs Miras" sərgisində insanlara nümayiş olunur. Nümayiş olunan Qurani-Kərimin uzunluğunun 25 metr olduğu qeyd olunur. Bu Quran nüsxəsinin 16-cı əsrdə yazıldığı ehtimal olunur. Onu da qeyd edək ki, Türkiyədə nümayiş olunan bu Qurani-Kərimdən dünyada sadəcə bir nüsxə mövcuddur. Məlumat üçün onu da qeyd edək ki, müasir dövrdə hazırlanmış ən uzun Qurani-Kərimin uzunluğu 208 metrdir. Oxşar xəbərlər
|