Xərçəng xəstəliyi ilə mübarizədə yeni ümid pəncərəsi
Mьəllif: admin1
Tarix: 12-08-2016, 23:45
Bцlmə: Xəbərlər
Xərçəng xəstəliyi ilə mübarizədə yeni ümid pəncərəsi
İranlı mütəxəssislər daha bir uğurla gündəmə gəliblər. Bu dəfə xərçəng xəstəliyinə qarşı vaksinin hazırlanması ilə.

Tehranın Şəhid Beheşti Universitetinin nəzdində fəaliyyət göstərən İbn Sina elmi araşdırmalar mərkəzində 15 ilə yaxındır ki, xərçəng xəstəliyinə qarşı vaksin hazırlanması üzərində çalışmalar həyata keçirilir. Araşdırmaların elmi rəhbərinin dediyinə görə, üzərində işlənilən 12 vaksindən 7-si laboratoriya şəraitində siçanlar üzərində sınaqdan 100%-lik uğurla sınaqdan keçirilib. Belə ki, bu vaksinlər xərçəng xəstəliyinə yoluxmanı önləməklə yanaşı, xərçəng xəstələrində xərçəng şişlərini də yaxşılaşdırır.



Tehranın Şəhid Beheşti Universitetinin İbn Sina elmi araşdırmalar mərkəzində 20-yə yaxın elmi işçi müəllimləri Dr.Rəbbaninin rəhbərliyi altında xərçəng xəstəliyinə qarşı vaksin hazırlamaqla məşğuldur. Onlar öz araşdırmalarında xərçəng xəstəliyinə qarşı vaksinə çevrilə biləcək bir protein aşkar etməyə nail olublar.



Layihənin elmi rəhbəri, immunologiya elmləri doktoru Höccətullah Rəbbani deyir: "Xərçəng xəstəliyinə qarşı vaksin layihəsi ümumilikdə İranda hazırlanıb."



Dr. Höccətullah Rəbbani immunologiya mütəxəssisidir. O, 26 ildir ki, İsveçin Karolinska və Tehranın Şəhid Beheşti universitetlərində tədrislə məşğuldur. Dr.Rəbbani 15 il öncə xərçəng xəstəliyinə qarşı vaksin bölməsini təsis edib. O və rəhbərlik etdiyi elmi qrup ötən 12 ildə müxtəlif növlü antijenlər hazırlayaraq, siçanlar üzərində sınaqdan keçirib.



Dr.Rəbbani indiyə kimi hazırladıqları vaksin növlərinin təsirləri barədə deyir: "Bizim hazırladığımız 12 növ vaksindən 2-si təsirli olmadı. 3 növ vaksin sınaqdan keçirdiyimiz siçanların 50%-də təsirli olub. 7 növü isə 100% təsirli olub."





Tədqiqatçılar bu nəticənin onları çox sevindirdiyini deyirlər. Belə ki, vaksin vurulmuş siçanlara güclü xərçəng hüceyrələrinin yeridilməsinə rəğmən, onlar xərçəng xəstəliyinə yoluxmurlar. Hətta, daha öncə xərçəng hüceyrlələrinin yeridilməsi ilə bu xəstəliyə yoluxdurulan və bədənlərində iri şişlər yaranan siçanlar belə, vaksin edildikdən sonra, sağalıblar.



Dr.Höccətullah Rəbbani: "Siçanlara “41” hüceyrələrinin vurulmasından 72 gün keçir. Buna baxmayaraq, onların bəzisi hələ də sağdır.



"Əgər çəkisi 25 qram olan siçanın bədənində 1 qramlıq xərçəng şişi olarsa, 8 gün ərzində bu şiş tamamilə sağalmış olur. Bu o deməkdir ki, əgər çəkisi 50 kq olan bir insanda 1və ya 2 kq-lıq xərçəng şişi olarsa, bu metodla 8 gün ərzində şiş tamamilə sağalmış olmalıdır." - deyə Dr. Rəbbani bildirir.



Bu iranlı alim ötən 12 ildə rəhbərlik etdiyi elmi kamanda ilə birlikdə düzəltdiyi hər bir antijeni siçanlar üzərində sınaqdan keçirməmiş ilk olaraq, öz üzərində sınaqdan keçirib.



Dr.Höccətullah Rəbbani:"Özümə vurduğum 12 antijendən yalnız biri zərərli olmuşdur."



Onun dediyinə görə, zərərli vaksin onun xəstələnməsinə səbəb olsa da, daha sonra özünü müalicə etməyi bacarıb.







İbn Sina mərkəzindəki mütəxəssislər bu vaksinləri insan üzərində də sınaqdan keçirməyə hazırdırlar. Amma, onların büdcəyə ehtiyacları var.



Dr.Höccətullah Rəbbani: "Bizim bir sıra avadanlıqlara və təchizatlara ehtiyacımız var. Son dərəcə bahalıdırlar. Bunun üçün milyonlarla dollar vəsait lazımdır."



Baxmayaraq ki, bəzi ölkələr artıq uzun illərdir ki, xərçəng xəstəliyinə qarşı vaksin üzərində çalışırlar. Amma, indiyə kimi buna nail ola bilməyiblər.



Dr.Höccətullah Rəbbani isə əsas hədəflərinin xərçəng xəstəliyinə qarşı vaksin hazırlamaqla gələcəkdə uşaqların bu xəstəliyə tutulmasını önləmək olduğunu deyir: "Biz elə bir vaksin hazırlamaq istəyirik ki, uşaqlara vurulduğu zaman, gələcəkdə onları xərçəng xəstəliyi qarşısında qorumuş olsun. Bu bizim başlıca hədəfimizdir."
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031