Diş ağrısını əngəlləməyin yolları
Mьəllif: admin1
Tarix: 13-08-2016, 10:20
Diş ağrısını əngəlləməyin yolları
Evdən çıxmadan da diş ağrısına müvəqqəti həllər tapıla bilər. Lakin çox gecikdirmədən həkimə müraciət etmək lazımdır.

Ən həll edici vasitələrdən biri ağrı kəsicidir. Ağrı kəsicinin dozasını aşmadığınız və doğru istifadə etdiyiniz təqdirdə onun təsirini qısa bir müddət içərisində görəcəksiniz.

Diş ağrınızın başlıca səbəblərindən biri dişinizin arasında yemək qalığı qalmasıdır. Buna görə də, məsləhət olunan üsul dişlərinizi fırçalamaqdır. Əgər bu üsul işə yaramasa, diş ipi vasitəsilə də, yemək qalığını təmizləyə bilərsiniz.

Diş ağrısını keçirən bir başqa təsirli üsul da duzlu ilıq suyla qarqara etməkdir. Duzlu su qarqarası ağrı kəsici təsirə sahibdir. Qarqara hər saat başı edildiyində təsirini tezliklә göstərəcək.

Bunlardan başqa digər bir üsul çənənizin üzərinə soyuq kompres qoymaqdır. İçində buz olan soyuq kompreslə diş ağrınız azala bilər. Bundan əlavə, diş ağrınızın pisləşməməsi üçün ağrıyan tərəfi istifadə etməməli və o tərəfdə yemək yeyilməməlidir.

Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031