Həcəmət. Nədir və nə zaman tətbiq olunur
Həcəmət və ya hicam (qanalma) keçmişdə demək olar bütün dünyada əsas müalicə metodlarından biri kimi çox geniş istifadə olunurdu.
Dahi Hippokrat qanalmanın faydasını çox yüksək qiymətləndirirdi. Orta əsrlərdə Avropada qanalmanın köməyi ilə az qala bütün xəstəlikləri müalicə edirdilər. Hadislərə əsasən, Məhəmməd Peyğəmbər (s.ə.s) həcəmətin köməyi ilə baş ağrılarını müalicə edirdi və bu müalicə metodunu çox yüksək qiymətləndirirdi. Qanalmanın bir neçə növü var. Avropada qanalma zamanı qolda damar deşilirdi və qan "buraxılırdı". Asiya və Ərəb ölkələrində isə dəri çərtilir və qan tibbi bankaların köməyi ilə "sovrulur". Ərəb dilində hicam "sovurmaq" deməkdir. Uzun müddət ərzində qanalma haqsız olaraq unudulub. Qanalma müalicə metodu kimi, demək olar, yalnız qaraciyərin hemoxromatoz xəstəliyi zamanı istifadə olunur. Bu xəstəlik zamanı xəstənin qanında çoxlu miqdarda dəmir yığılır ki, bu da müxtəlif pozulmalara səbəb olur. Lakin son zamanlar bütün dünyada həcəmətə olan maraq artıb. Alimlər həcəmətin insan sağlamlığına olan təsirini araşdırır və çox müsbət rəylər verir. Tibbi qanalma həqiqətən çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun ən yaxşı sübutu qan donorlarıdır. Statistika göstərir ki, bu kateqoriya insanlar digər insanlarla müqayisədə daha çox yaşayır və daha sağlam olurlar. Qanalma nəticəsində orqanizmdə yenilənmə və cavanlaşma prosesləri işə salınır, qan təmizlənir, qanyaranma prosesləri sürətlənir, yeni cavan qan əmələ gəlir. Həcəmət hipertoniya zamanı çox effektlidir. Qanalmanın köməyi ilə hətta çox yüksək təzyiqi xeyli aşağı salmaq mümkündür. Həmçinin bu effekt uzun müddət ərzində saxlanıla bilər - 2 hətədən bir neçə aya qədər. Amerika alimi Bauer sübut edib ki, qanalmadan dərhal sonra orqanizmdən ziyanlı maddələrin xaric olunması 30-40% artır. Digər alimlər araşdırmalarda aşkar edib ki, qanalmadan sonra qanın qatılığı 20-30% azalır ki, bu da damarlarda trombların əmələ gəlmə riskini xeyli azaldır. Fransa alimi tibb elmləri doktoru professor Kantel həcəmətdən sonra insanın qanını tətbiq edib və belə qərara gəlib ki, insanın immun sistemi xeyli fəallaşır. Həcəmət bir çox xəstəliklərin və pozulmaların müalicəsində (hipertoniya, miqren, sonsuzluq, müxtəlif iltihablar və ağrılar və s.) istifadə oluna bilər. Həcəmət tibbi prosedurdur. Bu səbəbdən qanalma yalnız həkim tərəfindən təyin olunmalı və həyata keçirməlidir. Həcəmətin müəyyən metodikası, göstərişləri və əks-göstərişləri mövcuddur. Həcəmət bu kimi hallarda əks-göstəriş sayılır: - qanda hemoqlobinin və hematokritin səviyyəsi aşağı olduqda - hipotoniya (aşağı təzyiq) zamanı - ağır ateroskleroz - ağır ürək qüsurları - ağır xəstəliklərdən sonra - açıq yaralar Həcəmət profilaktik məqsəd ilə ildə 2 dəfə (yazda və payızda), müalicə məqsədi ilə isə 1 ayda 1-2 dəfə tətbiq oluna bilər. Oxşar xəbərlər
|