İmam Əlinin (ə) mövludu münasibətilə Hindistanda sərgilər açılaracaq
Sərgidə Əmirəlmöminə (ə) aid rəsm əsərləri ilə yanaşı poçt yarmarkaları, kitablar və digər məhsullar sərgilənəcək. Hicri-qəməri təqvimi ilə Rəcəb ayının 13-də İmam Əlinin (ə) mübarək mövlud günüdür. Bu münasibətlər dünyada bir sıra tədbirlər və mövlud mərasimləri keçirilir. Bu il miladi təqvimilə 13 may tarixinə müvafiq gələn bu bayram münasibətilə Hindistanda sərgilər açılacaq, - İQNA. Mumbay şəhərində, eyni zamanda Andhra-Pradeş ştatının Heydərabad şəhərində də təşkil ediləcək sərgiləri Hindistanın ruhani liderlərindən Hacı Məhdəvipur açacaq. Sərgilər 14 maydan açılacaq. Sərgidə Əmirəlmöminə (ə) aid rəsm əsərləri ilə yanaşı poçt yarmarkaları, kitablar və digər məhsullar sərgilənəcək. Deyerler.org Oxşar xəbərlər
|