Alimlər qanda şəkərin səviyyəsini azaltmaq üçün effektiv üsul aşkar etdilər
Alimlərin keçirdiyi çoxsaylı araşdırmalar nəticəsində məlum olub ki, işə piyada getmək, velosiped sürmək və istənilən fiziki hәrәkәt qanda mövcud olan artıq şəkəri azaldır.
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, alimlər qeyd ediblər ki, əzələ sistemini işlədən hәrәkәtlәr orqanizmə fayda verir. Bu metodlar arasında ən xeyirlisi velosiped sürməkdir. Hətta ev şəraitində velosiped trenajorundan istifadə etmək də qanda mövcud olan ziyanlı şəkərin miqdarını azaldır. Eyni zamanda velosiped sürmәk orqanizmdə qlükoza səviyyəsini də azaldır. Oxşar xəbərlər
|