Ayətullah Kermani: “Şah bu ölkədən vilayət sayəsində qovuldu”
Tehranın bu həftəki imam cüməsi Ayətullah Müvəhhidi Kermani olub. İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki imam cüməsi Ayətullah Müvəhhidi Kermani olub. O, Rəcəb ayının əhəmiyyətinə toxunaraq bildirib: “Sizi və özümü bu ayda olan duaları oxumağa dəvət edirəm. Xüsusən “Beyz” günlərində cavanlar etikafa vaxt ayırsınlar, ümüd edirik ki, Mütəal Allah bu vasitə ilə onların mənəviyyatlarını artıracaqdır. Bu ayda həmçinin valideynlərə şəfqət göstərməli, namazı vaxtında qılmağa məşq etməliyik.” O, İmam Muhəmməd Təqi (ə) və qarşıdan gələn Əli (ə)-ın mövludunu təbrik edərək “O Həzrətin höküməti zamanında cəhalət və dünya malına bağlanmaq insanların bəsirətsizliyinə səbəb oldu və nəticədə Peyğəmbərin (s) İmam (ə) barədə bildirdiyi bütün fəzilətlər qulaq ardına vuruldu. Biz uğur qazanmaq istəyiriksə, bəsirət sahibi olmalı və ilahi vədələrə iman bəsləməliyik. İnqilab vaxtı biz mərhum imamla birgə inandıq və İslam höküməti yarada bildik.”-deyə bildirib. O, sözlərinin davamında “əmr be məruf”-un əhəmmiyyətinə toxunaraq qeyd edib: “Təhsil nazirliyi, telekanallar və digər qurumlara xitab edirəm! Məbada mədəniyyətimiz və əxlaqımız islahat zamanı əvvəlki halına geri dönsün! Diqqətli olun! Məbada beytul-maldan idarə olunan medialarda dini proqramlar sual altına getsin və dövlət tamaşa etsin! Məbada 88-inci ilin fitnəsində rolu olan şəxslər iş başına gətirilsin! Təqlid mərcələri bu gün bəzi dövlət qurumlarını qınayırlar. Bu qınaqlara diqqət olunmalıdır! Biz dövlətdən istəyirik ki, xalqın bütün təbəqələrini nəzərə alsın və çox maaş verməkdən çəkinib məclis ilə birlikdə imkansız şəxslərin maaşını artırsın! Bir çox qeyri-zəruri seminarlar və iclaslar beytul-malın pulunu udur və büdcəni boşaldır. Bəzən vergilər xalqı sıxır, halbuki vergilər bel sındıran olmamalıdır! Şəhidlərin anım günlərinə xüsusi diqqət ayrılmalıdır! Xalqa xatırlatmaq lazımdır ki, bu millət şəhidlərin qanı bahasına inqilabı qoruya bildi. Şah bu ölkədən vilayət sayəsində qovuldu.” Ayətullah Kermani hicab və iffət məsələsinə lazımı tərzdə yanaşılmadığını qeyd edərək bildirib: “Rəvayətlərə əsasən gizlində görülən günahı araşdırmaq lazım deyil. Lakin günah aşkar olduğu zaman hamının ətəyini batıracaqdır və hicabsızlıq elə aşkar günahlardandır ki, məsul şəxslər vəzifələrinə bunun müqabilində əməl etməlidirlər.” O, 5+1 nüvə müzakirələrinə toxunaraq bildirib: “Rəhbərimiz elə əvvəl gündən bildirmişdi ki, mən bu müzakirələrə pozitiv deyiləm. İslam bizlə ABŞ-ın əlaqəsini təyin edib. O, bu barədə Kafirun surəsini misal gətirdi və İranla ABŞ arasında 2 zidd olan xətt çəkdi. ABŞ bir şeyin, biz işə başqa birşeyin ardıncayıq və nə o, nə də biz öz mövqeyimizdən geri addım atacağıq. Bizim mövqeyimiz məzlumları himayə etmək, ABŞ-ın mövqeyi isə onları qətlə yetirməkdir. Bizim mövqeyimiz ağıl və qanun, onların mövqeyi isə quldurluq, güc və hegemonluqdur.” Oxşar xəbərlər
|