Böyük Rəhbərin fitvası dünya xalqları tərəfindən bəyənilib
İranın Qərblə nüvə müzakirələri komandasının keçmiş üzvü İslam İnqilabının Böyük Rəhbərinin nüvə silahlarının haram olması üzrə fitvasının beynəlxalq aləmdə böyük rəğbətlə qarşılandığını bildir.
Seyid Həsən Musəviyan Əl-Şərq Əl-Əvsət qəzetində yazdığı məqalədə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xameninin nüvə silahlarından istifadənin haram olması üzrə fitvasının dünya xalqları tərəfindən geniş şəkildə bəyənəldiyini bildirərək bu fitvanın beynəlxalq bir sənədə çevriləcəyindən xəbər verib. İİR-nin nüvə silahları və başqa kütləvi qırğın silahlarından istifadənin mən edilməsi üzrə mövqeyi tam açıq şəkildə İslam İnqilabının Böyük Rəhbərinin fitvasında bəyan edilibdir. İslam İnqilabının Böyük Rəhbərinin fitvasında belə bildirilib: İran İslam Respublikası məntiqi, məzhəbi və əqidəvi baxımdan nüvə silahına malik olmağı günahi-kəbirə (böyük günah) bilir və belə inanır ki bu silahların genişləndirilməsi faydasız, dağıdıcı və təhlükəlidir. Oxşar xəbərlər
|