Bu gün Musa Sədrin oğurlanmasının ildönümüdür
Mьəllif: admin1
Tarix: 30-08-2016, 22:09
Bцlmə: Xəbərlər
Bu gün Musa Sədrin oğurlanmasının ildönümüdür
İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin "Eşqəli məhəlləsi"ndə ruhani ailəsində dünyaya göz açıb. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu.

Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi. Musa Sədr 1942-ci ildən başlayaraq on il müddətində Qum Elmi hövzəsində təhsil alır. Hövzədə təhsil almaqla yanaşı Tehran Universitetinə daxil olur və iqtisadçı-hüquqşünas ixtisasına yiyələnir.

1944-cü ildən Nəcəf Elmi hövzəsində təhsilini davam etdirir. Musa Sədr 28 yaşında ailə həyatı qurur. Onun bu izdivacdan iki oğlu (Sədrəddin, Həmid), iki qızı (Hura, Məlihə) dünyaya gəlir. Livan səfəri Musa Sədr 1960-cı ildə Livandan çoxsaylı müraciətlər əsasında baba yurduna 30 günlük səfərə çıxır. Amma Livandakı vəziyyət onu bu ölkədə qalıb fəaliyyət göstərməyə vadar edir.

Müsa Sədr öz fəaliyyətlərinə Sur şəhərində imam-camaatlıqla başlayır. Qısa bir müddətdə əmin olur ki, ölkədəki məhrumiyyətlərin əsas səbəbi ideoloji və iqtisadi yoxsulluqdur. Həftədə iki dəfə Beyruta gedib orada çıxışlar edən Musa Sədr xalqın etimadını qazanır və Livanda irimiqyaslı islahatlara başlayır. Həmin vaxt Livan məktəblərinin dərs proqramları Fransanın mənafelərinə xidmət edən qüvvələr tərəfindən hazırlanırdı.

Musa Sədr bir zaman babası Şərəfəddin tərəfindən Beyrutda təsis olunmuş mədrəsənin fəaliyyətlərini gücləndirir və bu mədrəsə qısa bir zamanda universitetə çevrilir. Üzücü fəaliyyətlər Musa Sədrin ciddi təlaşları sayəsində Livanda sənət məktəbi, xeyriyyə cəmiyyəti, qadın təşkilatı, tibb bacıları hazırlayan məktəb, tibbi xidmət şöbələri, xalçaçılıq sexləri açılır.Musa Sədr Livanda ən adi haqlardan məhrum şiələr üçün məclis təsis edir, ciddi müxalifətə baxmayaraq şiələrin parlamentdə təmsil olumasına nail olur. Məntəqədəki yağı düşmənlə mübarizə üçün "Məhrumlar hərəkatı" yaradılır.

Bu ictimai təşkilatın ardınca "Əməl" hərbi təşkilatı təsis edilir. Musa Sədr müxtəlif dini əqidələrin səhnədə olduğu Livanda öz sülh və dostluq şüarı ilə qəlblərə yol tapır. Onu təkcə şiələr yox, sünni məzhəbli müsəlmanlar və başqa din ardıcılları Livanın xilaskarı sayır. Musa Sədr Livandakı iyirmi illik fəaliyyəti dövründə məntəqədəki siyası durumu dəyişməyə müvəffəq olur.

Onun Avropa, Afrika ölkələrinə səfərləri Livana yeni münasibətin formalaşmasında mühüm rol oynayır... Amma 1979-cu ildə, ağrısı hələ də yaşanan bir gündə Liviya dövləti tərəfindən rəsmi dəvətlə həmin ölkəyə səfərə çıxmış imam Musa Sədr iki köməkçisi – Şeyx Məhəmməd Yaqub və Abbas Bədrəddinlə birikdə müəmmalı şəkildə yoxa çıxdı.

Özünü "yer üzündə Allahın xəlifəsi" sayan Liviya prezidenti Müəmmər Qəzzafi bu gün imam Musa Sədrin oğurlanmasında əsas fiqur sayılır. Musa Sədrin oğurlanması İslam dünyasında, imanlı insanlar arasında böyük təlatüm yaratsa da, bu müəmma hələ də öz həllini tapmamışdır.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031