XƏRÇƏNGIN QARŞISINI ALAN ƏN GÜCLÜ 9 QİDA
Mьəllif: admin1
Tarix: 4-09-2016, 22:48
XƏRÇƏNGIN QARŞISINI ALAN ƏN GÜCLÜ 9 QİDA
Antioksidant ehtiva edən qidalar xərçəng, ürək xəstəlikləri, təzyiq və bir çox narahatlığa yaxşı təsir edir. Eyni zamanda stressin öhdəsindən gəlir.
Antioksidantlarla zəngin 9 qida:
1. Böyürtkən
Böyürtkən lif, mineral, vitamin və qabaqlayıcı antioksidant ehtiva edir. Böyürtkən və bənövşəyi meyvələrin tərkibində olan antioksidantlar xərçəng, ürək xəstəliklərinin qarşısını almağa kömək olur. Ellagik turşu ehtiva edən bu maddə kanserogenlərlə mübarizə aparma xüsusiyyətinə malikdir.
2. Pomidor
Pomidor təsirli bir antioksidant olub likopen, karoten və beta-karoten ehtiva edir. Bu maddələr katarakta və insan bədənində olan dəri xəstəliklərinin qarşısını alır.
3. Brokkoli
Brokkoli estrogen səviyyəsini aşağı salan güclü antioksidant ehtiva edir. Bu səbəbdən də uşaqlıq və döş xərçənginin qarşısını alma təsiri var.
4. Sarımsaq
Sarımsağın pis qoxusunun səbəbi olan sulfid komponenti güclü antioksidandır. Sarımsaq ürək sağlamlığını qoruyur, xolesterol səviyyəsini tarazlıqda saxlayır, yüksək təzyiqi aşağı salır və bir çox xəstəliyə qarşı mübarizə aparır.
5. İspanaq
Əla bir maqnezium qaynağı olan ispanaq antioksidant anbarıdır. Osteoporoz, ürək xəstəlikləri, sütun xərçəngi, artrit kimi bir çox xroniki xəstəlikdən da qoruyucu gücə malikdir.
6. Qara üzüm
Ürək sağlamlığını dəstəkləyir, qandakı laxtalanmanı azaldır, qan damarlarının açıq və elastik olmasını təmin edir.
7. Kök
Tərkibindəki karoten ilə təsirli antioksidantdır. Bişmiş kök çiy yerkökünə nisbətən daha çox antioksidant ehtiva edir. Mədə problemlərinə və revmatizmə qarşı qoruyucu xüsusiyyətə malikdir.
8. Lobya paxlası
Ən təsirli antioksidantlardan bir də lobya paxlasıdır. Xolesterolu aşağı salır, xərçəngin qarşısını almağa kömək edir, sümük əriməsinə qarşı mübarizə aparır və menopauzanın təsirlərini azaldır.
9. Taxıl məhsulları
Ən yaxşı antioksidantlardan biri olan taxıl alzhaymer xəstəliyində irəliləməni yavaşladır, günəş yanıqlarına yaxşı təsir gəlir, immunitet sistemini qoruyur və revmatizm müalicələrində təsirlidir.
Aile.lent.az

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930