Təkfirçiliyin rəhbəri yenidən özünü göstərdi: “İranlılar müsəlman deyil”
Mьəllif: admin1
Tarix: 7-09-2016, 11:17
Bцlmə: Xəbərlər
Təkfirçiliyin rəhbəri yenidən özünü göstərdi: “İranlılar müsəlman deyil”
İŞİD, Nusra Cəbhəsi və sair terrorçu və təkfirçi qruplaşmaları ideyaları ilə qidalandıran Səudiyyə Ərəbistanın vəhhabi müftisi Əbdüləziz Ali-Şeyx iranlıları atəşpərəst və qeyri-müsəlman adlandırıb
İslaminSesi - əl-Aləmə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın vəhhabi müftisi Əbdüləziz Ali-Şeyx bunu jurnalistlərin cavabında deyib.

İslam İnqilabının lideri Ayətullah Xameneinin həcc mərasiminin idarəçiliyi ilə bağlı tənqidlərindən sonra jurnalistlər Səudiyyə Ərəbistanın vəhhabi müftisi Əbdüləziz Ali-Şeyxə sual veriblər. O isə bunu belə cavablandırıb:

"Belə şeylərin onlar tərəfindən deyilməsi qəribə deyil, gərək bilək ki onlar müsəlman deyil, onlar məcus (atəşpərəst) övladlarıdır. Onların müsəlmanlarla düşmənçiliyi qədim zamanlara qayıdır. Xüsusilədə Əhli-Sünnə vəl-Cəmaət ilə"

Qeyd edək ki ötən həftə Qroznıda əl-Əzhər şeyxi də daxil olmaqla islam dünyasının 200-dən çox müftisi və alimi bir araya gəlmiş və "Əhli-Sünnə vəl-Cəmaət"in kimlərdən ibarət olduğunu bildirmişlər. Bu konfransa vəhhabilər və sələfilər dəvət edilməmiş və onlar "Əhli-Sünnə vəl-Cəmaət"dən hesab edilməmişdir. Bu konfransda təkfirçilik və radikallıq kəskin pislənilmişdir. Sələfi və vəhhabi alimləri də buna görə qəzəblənmişdir.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031