Zərif Səudiyyə ali müftisinin təhqirinə cavab verdi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə rejiminin ali müftisinin təhqiredici ittihamlarına cavab verib.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Səudiyyənin ali müftisi Əbdül Əziz Şeyx iddia edib ki, İran ilə İslam arasında heç bir oxşar cəhət yoxdur. Onun sözlərinə görə, iranlılar müsəlman deyil. Zərif rəsmi Twitter səhifəsində bu ittihamlara cavab verib. "Həqiqətən də iranlılar və müsəlmanların əksəriyyətinin yaşatdığı İslamı ilə Səudiyyənin sponsorluq etdiyi və vəhhabi müftilərinin reklam etdiyi ekstremizm ilə terror arasında heç bir uyğunluq yoxdur", - deyə İranın xarici siyasət idarəsinin rəhbəri qeyd edib. Oxşar xəbərlər
|