İraqın dini şəxsiyyətləri İnqilab Rəhbərinin Həcc mövsümü ilə əlaqədar müraciətini alqışlayıblar
Mьəllif: admin1
Tarix: 10-09-2016, 10:29
Bцlmə: Xəbərlər
İraqın dini şəxsiyyətləri İnqilab Rəhbərinin Həcc mövsümü ilə əlaqədar müraciətini alqışlayıblar
İraqda dini şəxsiyyətlər İslam İnqilabının Böyük Rəhbərinin Həcc mövsümü ilə əlaqədar müraciətini müsbət qarşılayıblar.

Əl-Aləm telekanalının məlumatına görə, İraqda dini alimlər İslam İnqilabının Böyük rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin Allah Evi zəvvarlarına müraciətini alqışlayıb və müqəddəs diyarın bütün müsəlmanlara aid olduğunu bəyan edərək islam ölkələrinin Həcc mərasiminin idarə olunmasında iştirak etməsini istəyiblər.

İslam təbliğatçısı və alim Şeyx Rafi əl-Şərifi bu barədə deyib: Bu həqiqəti bəyan etməliyik ki, İmam Xamenei bütün müsəlmanların imamı və vəlisidir. Mötədilliyi olan islam müraciəti verdiyi zaman bizim tələbimiz də onun tələbi kimi budur ki, Məkkə bütün məzhəblər tərəfindən idarə olunmalıdır. Bu məkan müəyyən bir ölkəyə aid deyil.

İraqın sünni müftisinin nümayəndəsi Şeyx Məhəmməd Əmin Taha da deyib: Vəhy diyarında həccin idarəçiliyi, hətta hacıların hərəkəti prosesinə bir növ diktaturanın hakim olduğunu müşahidə etdik. Allah qonaqları olan hacılarla belə davranılmamalıdır.

Kərbəlada İmam Xomeyni (rə) dini elmi mədrəsənin direktoru da deyib: Allah-taala həcci vacib və ilahi haqq qərar vermişdir. Allah həcci Allah üçün elan etmişdir. Nəticədə heç kim bu vacib əməlin qarşısını ala bilməz. Çünki Allah həcci bəndələri üçün ünsiyyət qərar vermişdir ki, onun vasitəsi ilə mənəvi mənfəəti əldə etsinlər.

İraq ruhanilərindən Şeyx Həsən Kərbəlayi də deyib: Başqalarını Həcc mərasimindən qaytaran şəxs yəhudi və ya xristiandır, özünə islam adını qoya bilməz və islam iddiasında ola bilməz. Müsəlman və peyğəmbər sünnəsinə tabe olduğu halda, Quran-Kərimin əksinə hökm etmək və vacib həcc əməlinə mane olmaq necə mümkündür?

İraqın digər bir ruhanisi Şeyx Məhəmməd əl-Fətlavi deyib: Aydındır ki, bu hadisələr proqramlaşdırılmışdır. Onlar vacib həccin qarşısını almaq istəyirlər. Buna, rəvayətlərdə işarə olunmuşdur. Əlbəttə bura bu rəvayətlərin söylənilməsi yeri deyildir. Lakin sionistlərin bu sahədə əlinin olmaması mümkün deyil.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031