`Bu ilki Həccdə əcnəbi hacıların sayı 20, yerli zəvvarların sayı isə 50 faiz azalıb.
Reuters yazır ki, Allah Evinin zəvvarlarının sayı azaldığı üçün zəvvarlara xidmət göstərən Səudiyyə şirkətləri ziyan ediblər.
Maide.Az “Reuters”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan rəsmiləri deyir ki, bu il həcc ziyarətinə 1.86 milyon zəvvar gəlib. Onlardan 1.3 milyon nəfəri digər ölkələrdən Səudiyyəyə gələn zəvvarlardır. Bu rəqəm ötən illərdə 3 milyon nəfərdən çox olub indi isə yarıbayarı azalıb. Səudiyyə Ərəbistanın həcc və ümrə milli komitəsinin sədri Mərvan Abbas Şəban deyib ki, əcnəbi zəvvarların sayı 20 faiz və yerli zəvvarların sayı isə 50 faiz azalıb. “Ümumilikdə Həcclə bağlı ticari biznes 50 faiz azalıb”. Məkkədə fəaliyyət göstərən qızıl dükanı sahibi Əli Allahyarabi deyib ki, bu il həccə gələnlər çox az xərcləyirlər. “Onlar gəlir, lakin durumları dünyada sülh olduğu dövrdəki kimi deyil, problem Ərəb ölkələridir”. Səudiyyə Ərəbistan və bir sıra qonşu ərəb ölkələri dünyada neftin aşağı düşməsindən əziyyət çəkirlər. Bu amil onların dövlət büdcəsi, maaşlar və daxili xərcliklərini azaldıb. Qərbi Asiyanın müxtəlif bölgələrində müharibələrin olması hacıların sayının azalmasına səbəb olub. Səudiyyə Ərəbistan rəsmiləri zəvvarların sayının azalması üçün müxtəlif səbəblər göstərsə də, əsas səbəblərdən biri iranlı zəvvarların bu il həccdə iştirak etməməsidir. Reuters agentliyi iranlıların həccə getməməsini siyasiləşdirməyə çalışıb və bildirib ki, guya iranlılar şiə ruhani Ayətullah Şeyx Nimrin edamına görə guya həcc mərasiminə qatılmayıblar. Lakin bu belə deyil, ötən il Minada baş verən faciədə 500 -ə yaxın iranlı hacının həlak olması və Səudiyyə Ərəbistanın bu il iranlı zəvvarların canının qorunmasına və təhlükəsizliyinin təmininə dair zəmanət verməməsi, iranlı zəvvarların cari ildə həccə getməməsinin əsas səbəbidir. Oxşar xəbərlər
|