Kəbənin açarı haqqında nələri bilirsiniz?
Kəbənin açarı tarix boyu tədricən dəyişdirilmişdir. Sonuncu dəfə Səudiyyə Ərəbistanı kralı təxminən 64 il əvvəl Beytul Həramın kilidini və açarını dəyişdirmişdir.
Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Kəbə evi bütün dünya müsəlmanlarının qibləsi ünvanı ilə tanınır və hər il həcc və ümrə mövsümü ilə dünya mediasının gündəminə çevrilir. Amma çox az insan Kəbənin açarı haqqında məlumatlıdır. Kəbənin açarı müəyyən zaman ərzində paslanması və yararsız olması səbəbi ilə dəyişdirilmişdir. Kəbənin açarını saxlamaq vəzifəsi Məkkə ailələrindən Bəni Şeybəyə verilmişdir. Bu ailə 1400 ildən artıqdır ki, bu vəzifəni üzərlərində daşıyır. Bəni Şeybə ailəsinin böyüklərindən Əbdülqədir Şeybi mövzu barədə belə danışıb: "Kəbənin açarını Kəbənin örtüyü ilə bərabər əllə tikilmiş bir kisədə saxlayıram. Bu günə qədər Kəbənin açarı itməyib. Təkcə bir dəfə bir şəxs tərəfindən açar oğurlandı, ancaq ələ keçirilib açar əlindən alındı". Tarixi mənbələrin göstərdiyinə görə, Abbasi, Məmlüklər və Osmanlı dövrünün padşah və xəlifələri bu açarı Kəbənin təmiri və digər münasibətlərdə Kəbəyə göndərir. Kəbənin sonuncu açarını Osmanlı padşahı Abdülməcidxanın əmri ilə hicri 1309-cu ildə hazırlanmışdır. Həmin açar Ali Səud dövrünə qədər qalmışdır. 2012-ci ildə Kral Xalid bin Əbdulaziz Əl-Səud əmri ilə dəyişdirilmişdir. Kəbənin 58 açarı muzeylərdə qorunur. 54 açar İstanbulun Topqapı sarayında, 2 açar Nehad Əl-Səid, 1-i Parisin Luvr muzeyində və 1-i isə Qahirə İslam sənətləri muzeyində saxlanılır. Oxşar xəbərlər
|