Nigeriya müsəlmanlarının Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiyaları davam edir
Mьəllif: admin1
Tarix: 15-09-2016, 22:17
Bцlmə: Xəbərlər
Nigeriya müsəlmanlarının Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiyaları davam edir
Nigeriya müsəlmanları bu ölkənin islami hərəkatı rəhbəri Şeyx İbrahim Zəkzakinin azad edilməsi tələbi ilə aksiya keçiriblər.

Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Nigeriya müsəlmanları aksiyada bu ölkənin ordusu və təhlükəsizlik qüvvələrinin Əhli-Beyt (ə) tərəfdarları xüsusi ilə Şeyx Zəkzakiyə qarşı törətdiyi əməllər pisləyiblər. Şeyx Zəkzakinin vəziyyətinin ağırlaşdığını bildirərək onun tez bir zamanda azadlığa buraxılmasını tələb ediblər.

Məlumata görə, Şeyx Zəkzakinin yaxınları və ailəsi onun halının pisləşməsi ilə bağlı çox narahat olduqlarını və aidiyyatı orqanların bu məsələyə təcili baxılmasını istəyiblər.

İnsan haqları orqanları dəfələrlə Nigeriyanın ordusu və təhlükəsizlik qüvvələrinin bu ölkənin müxtəlif məntəqələrində şiələrlə qeyri-insani rəftarı ilə bağlı etiraz ediblər.

Nigeriya şəhəri polisi 2014-cü ildə, Ümumdünya Qüds günündə və 2015-ci ilin 12 dekabrında bu şəhər şiələrinə hücum etdi. Bu hücumda yüzlərlə nəfər, o cümlədən Zəkzakinin dörd övladı öldürüldü, Bəqiətullah hüseyniyyəsi də dağıdıldı.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930